7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İspaniya Qəzzaya 12 ton humanitar yardım göndərib

10 Fevral 2025 17:50
İspaniya Qəzzaya 12 ton humanitar yardım göndərib

Bakı, AzerVoice

İspaniya, Qəzzaya çatdırılmaq üçün Madriddən İordaniyanın paytaxtı Əmmana sağlamlıq və sığınacaq ləvazimatlarından ibarət 12 ton humanitar yardım göndərib.

AzerVoice xəbər verir ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Madriddəki Barajas hava limanında verdiyi açıqlamada, Qəzzadakı ağır humanitar vəziyyəti yüngülləşdirmək məqsədilə 60 paletdə toplanmış yardımın İordaniyadakı İspan Qırmızı Xaç qruplarına çatdırılacağını bildirib.

O vurğulayıb ki, bu yardımlar 3000 nəfərə dəstək olacaq və İspaniya humanitar yardımlara davam edəcək.

Albares, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Qəzzanı ələ keçirmə və fələstinliləri zorla köçürmə planına münasibət bildirərək, “Qəzza, Qəzza xalqına məxsusdur. Bizim göndərdiyimiz humanitar yardım onların həyatını qorumaq və yenidən qurmaq üçündür.” - deyə cavab verib.

Nazir, Qəzzadakı humanitar böhranın aradan qaldırılmasının prioritet olduğunu və gələcəkdə bölgənin bərpası üçün Qəzzalı fələstinlilərlə əməkdaşlıq edilməsinin vacibliyini vurğulayıb. O, iki dövlətli həll yolunun həyata keçirilməsinin və İsrail ilə yanaşı, real və dayanıqlı bir Fələstin dövlətinin qurulmasının vacibliyini qeyd edib.

Albares, həmçinin Trampın Avropa İttifaqına polad və alüminiuma əlavə gömrük rüsumları tətbiq etmək planı ilə bağlı açıqlamalarına toxunaraq, ABŞ və Aİ-nin güclü iqtisadi tərəfdaş olduğunu və bu ticarət əlaqələrinin davam etdirilməsinin hər iki tərəf üçün vacib olduğunu bildirib. Bununla yanaşı, Aİ-nin öz maraqlarını qorumaq üçün hər cür addıma hazır olduğunu vurğulayıb.

Məqalədə: #Qəzza zolağı #İspaniya

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib

6 Sentyabr 10:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.