7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Xamenei ölkəsinə ediləcək hər hansı hücuma qarşı "sərt cavab" veriləcəyini vəd edir

31 Mart 2025 12:33
Xamenei ölkəsinə ediləcək hər hansı hücuma qarşı "sərt cavab" veriləcəyini vəd edir

BAKI,AzerVoice

İranın ali lideri Əli Xamenei bu gün (bazar ertəsi) ölkəsinin hücuma məruz qalacağı təqdirdə "sərt cavab" veriləcəyini bəyan edib. AzerVoice xəbər verir ki, bu açıqlama ABŞ prezidenti Donald Trampın İranla nüvə proqramı barədə razılaşma əldə olunmasa, “İrana zərbə endirəcəyini” deməsindən sonra edilib.

Xamenei Fitr bayramı namazı zamanı Trampa işarə edərək : “Zərər vurmaqla hədələyirlər... Amma əgər bu baş verərsə, İran tərəfindən mütləq sərt cavab alacaqlar.” - deyib.

O bildirdi ki, əgər ABŞ Trampın İranı bombalamaq təhdidlərini reallaşdırarsa, İran buna güclü cavab verəcək. “Amerika ağır bir şillə yeyəcək.”-deyə ahıl yaşlı Xamenei bildirib.

ABŞ prezidenti Tramp, əgər İran nüvə proqramını inkişaf etdirməyə davam edərsə, ölkəni bombalamaqla hədələyib. NBC kanalına verdiyi müsahibədə Tramp : “Əgər (iranlılar) razılaşma imzalamasalar, bombalanacaqlar.” - deyib. O, həmçinin İrana qarşı “ikinci dərəcəli rüsumlar” tətbiq etməklə hədələyib.

“Frans Press Agentliyi”nin (AFP) verdiyi məlumata görə, Trampın bu bombalama təhdidlərinin yalnız Amerika təyyarələri ilə, yoxsa İsraillə birgə həyata keçirilən bir əməliyyatla bağlı olduğu aydın deyil.

İkinci prezidentlik dövründə Tramp, İranla yeni bir razılaşma üçün danışıqlara açıq olduğunu və bunun hərbi eskalasiya riskini azalda biləcəyini bəyan edib.

İran da bu gün (bazar ertəsi) Trampın yeni nüvə razılaşması üçün verdiyi son xəbərdarlıqdan sonra ABŞ ilə dolayı yolla danışıqlara açıq olduğunu bildirib. İranın xarici işlər naziri Abbas Araqçi “Dolayı danışıqlara yol açıqdır”, lakin Vaşinqtonla birbaşa danışıqların mümkün olmadığını söyləyib: “Əgər qarşı tərəfin İran İslam Respublikasına münasibəti dəyişməsə, birbaşa danışıqlar olmayacaq.”-deyə bildirib.

Trampın birinci prezidentlik dövründə, 2018-ci ildə ABŞ 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxmış və İrana qarşı sanksiyaları yenidən tətbiq etmişdi. Həmin sazişə görə, İranın nüvə proqramına məhdudiyyət qoyulması müqabilində ona qarşı sanksiyalar qaldırılırdı.

Mart ayının əvvəlində Tramp Xameneiyə məktub göndərdiyini və bu cür danışıqlar aparmağı təklif etdiyini açıqlamışdı.

Məqalədə: #Donald Tramp #Əli Xamenei #Ayətulla Seyid Əli Xamenei #İran XİN #Abbas Arakçi #İran-ABŞ münasibətləri #Xameneinin varisi #Tramp İran siyasəti #ABŞ-İran münasibətləri #ABŞ-İran diplomatik münasibətləri #İran-ABŞ gərginliyi #ABŞ-İran diplomatik münasibətləri 2025 #ABŞ-İran münasibətləri: Yeni eskalasiya dalğası? #İran və ABŞ arasında gərginlik #Tramp və İran arasındakı çəkişmə #İran və ABŞ-nın Suriyadakı mübarizəsi

Mövzu üzrə digər xəbərlər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
Digər Dövlətlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır

5 Sentyabr 18:03
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.