5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrail atəşkəsdən sonra da hücumlarını davam etdirib - İran

İsrail atəşkəsə baxmayaraq hücumlarını səhər saat 09:00-a qədər davam etdirİB.

24 İyun 2025 15:05
İsrail atəşkəsdən sonra da hücumlarını davam etdirib - İran

BAKI, AzerVoice

İsrail atəşkəsə baxmayaraq hücumlarını səhər saat 09:00-a qədər davam etdirib.

AzerVoice xəbər verir ki, İran atəşkəsin qüvvəyə minməsinə baxmayaraq, İsrailin üç mərhələdə hücumlar həyata keçirdiyini və bu hücumların səhər saat 09:00-a qədər davam etdiyini bildirib.

İranın dövlət televiziyasının yaydığı məlumata görə, Hatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfiqari bəyan edib ki, “Sionist təcavüzkar rejim bu gün səhər saat 09:00-a qədər İran ərazisində bəzi mərkəzləri üç mərhələdə hədəf alıb”.

Zülfiqari əlavə edib ki, İran Silahlı Qüvvələri öncədən İsrailin hər hansı təcavüzünə cavab verəcəyini və bunun ağır nəticələri olacağını bəyan etmişdi.

Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp gecə saatlarında İsrail və İran arasında atəşkəsin əldə olunduğunu elan etmiş, İsrail tərəfi isə bu atəşkəsi qəbul etdiyini açıqlamışdı. Atəşkəsin səhər saat 07:00-da qüvvəyə minməsi nəzərdə tutulurdu.

Bununla belə, İsrail hücumların davam etdiyini, hətta atəşkəsdən sonra İran tərəfindən raketlər buraxıldığını iddia edib. İsrailin müdafiə naziri də bu səbəblə İrana qarşı cavab hücumu əmr etdiyini bildirib.

İran Baş Qərargahı isə İsrailin bu iddiasını rədd edərək, raketlərin İrandan atılmadığını bəyan edib.

Məqalədə: #İsrail #İran #ABŞ #Donald Tramp #Tehran #atəşkəs #Atəşkəs çağırışı #ABŞ-İran münasibətləri #ABŞ-İsrail əməkdaşlığı #İran İsrail münasibətləri #İran və İsrail münasibətləri #İran-İsrail qarşıdurması

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32

Son Xəbərlər

BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
13:33
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.