7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada təmkinli olmağa çağırır

ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada atəşkəsin tərəflərini öhdəliklərinə əməl etməyə və təmkin nümayiş etdirməyə çağırıblar. Bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Mayamidə aparılan danışıqlardan sonra məlumat verib. ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi olan Uitkoffla adıçəkilən ölkələrin rəsmiləri 10 oktyabrda qüvvəyə minmiş atəşkəsin birinci mərhələsini nəzərdən keçirmək üçün görüşüblər.

21 Dekabr 2025 13:12
ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada təmkinli olmağa çağırır


BAKI, AzerVoice

ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada atəşkəsin tərəflərini öhdəliklərinə əməl etməyə və təmkin nümayiş etdirməyə çağırıblar. Bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Mayamidə aparılan danışıqlardan sonra məlumat verib.

AzerVoice xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi olan Uitkoffla adıçəkilən ölkələrin rəsmiləri 10 oktyabrda qüvvəyə minmiş atəşkəsin birinci mərhələsini nəzərdən keçirmək üçün görüşüblər.

“Prezident tərəfindən hazırlanmış 20 maddəlik sülh planına tam sadiqliyimizi bir daha təsdiqləyirik və bütün tərəfləri öhdəliklərinə əməl etməyə, təmkin nümayiş etdirməyə və monitorinq mexanizmləri ilə əməkdaşlıq etməyə çağırırıq”,- deyə Uitkoff “X” platformasında yaydığı bəyanatda bildirib.

Qəzzada Mülki Müdafiə Xidməti cümə günü İsrailin sığınacaqlardan birinə endirdiyi zərbə nəticəsində altı nəfərin həlak olduğunu açıqlayıb. Bununla da atəşkəsin qüvvəyə mindiyi vaxtdan bəri İsrail atəşi nəticəsində ölən fələstinlilərin sayı 400-ə çatıb.
İsrail isə dəfələrlə “HƏMAS” hərəkatını atəşkəsi pozmaqda ittiham edib. İsrail ordusunun məlumatına görə, oktyabr ayından bu yana Fələstin sektorunda üç israilli əsgər həlak olub.

Yayımlanan bəyanatda sülh razılaşmasının birinci mərhələsində əldə olunan irəliləyişlərə humanitar yardımın genişləndirilməsi, girovların cəsədlərinin qaytarılması, İsrail qüvvələrinin qismən geri çəkilməsi və hərbi əməliyyatların azalmasına diqqət çəkilib.
Dörd ölkə razılaşmanın ikinci mərhələsində nəzərdə tutulan addım kimi, “yaxın müddətdə” keçid idarəetməsinin yaradılması və aktivləşdirilməsinə çağırıb, bu məsələnin icrası ilə bağlı məsləhətləşmələrin qarşıdakı həftələrdə davam edəcəyini qeyd edib.

Razılaşmaya əsasən, İsrailin Qəzzadakı mövcud mövqelərindən geri çəkilməsi, Fələstin sektorunun idarəçiliyinin “HƏMAS” hərəkatı əvəzinə müvəqqəti hakimiyyətə verilməsi və beynəlxalq sabitləşdirmə qüvvəsinin yerləşdirilməsi nəzərdə tutulur.

ABŞ dövlət katibi Marko Rubio isə cümə günü bəzi ölkələrin sabitləşdirmə qüvvəsində iştirak edə biləcəyinə ümid etdiyini bildirib, eyni zamanda “HƏMAS”ın tərksilah edilməsinə çağıraraq bu addımın sülh planının uğuru üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb.

Məqalədə: #Türkiyə #Qəzza #İsrail #Fələstin #ABŞ #Misir #Ankara #Qətər #Donald Tramp #HƏMAS #Marko Rubio #Stiv Uitkoff #Qatar #US #Mayami #ABŞ və tərəfdaşlar Qəzzada atəşkəsə əməl etməyə çağırdı #Qəzza: Vaşinqton #Doha və Qahirədən birgə bəyanat #ABŞ: Qəzzada təmkin və öhdəliklərə sadiqlik vacibdir #Qəzza atəşkəsi: dörd ölkədən birgə çağırış #Qəzzada sülh planının icrası müzakirə olundu #Egypt and Türkiye call for restraint in Gaza #Four countries urge commitment to Gaza ceasefire #US-led talks stress compliance with Gaza truce #США #Турция #Катар и Египет призвали к сдержанности в Газе #Совместное заявление по прекращению огня в Газе #Перемирие в Газе: призыв к выполнению обязательств

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
ArabSport

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı

6 Sentyabr 19:34
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09

Son Xəbərlər

Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
09:30
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.