5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Məscidül-Əqsaya İsrail müşayiəti ilə basqın edilib

29 Aprel 2025 12:58
Məscidül-Əqsaya İsrail müşayiəti ilə basqın edilib

BAKI, AzerVoice

Şərqi Qüdsdə Məscidül-Əqsaya polis müşayiəti ilə basqın edilib.

AzerVoice xəbər verir ki, işğal altındakı Şərqi Qüdsdə fanatik yəhudilər İsrail polisinin müşayiəti ilə Məscidül-Əqsa kompleksinə daxil olaraq dini ayinlər icra ediblər.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, basqın zamanı Qaya günbəzi qarşısında “Talmudik” ayinlər yerinə yetirilib.

Hadisə zamanı İsrail qüvvələri Məscidül-Əqsanın qapılarında və Şərqi Qüdsün girişlərində nəzarəti gücləndirib, fələstinli müsəlmanların girişinə məhdudiyyətlər tətbiq edib.

Qeyd edək ki, 1994-cü ildə İsrail və İordaniya arasında imzalanan sülh sazişinə əsasən, Məscidül-Əqsa İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəslər Nazirliyinə bağlı Qüds İslam Vəqfləri İdarəsinin nəzarətindədir. Lakin 2003-cü ildən etibarən israilli qruplar bu müqəddəs məkanlara İslam İdarəsinin razılığı olmadan, İsrail polisinin müşayiəti ilə daxil olur.

Qüds İslam Vəqfləri bu gediş-gəlişləri basqın kimi qiymətləndirir və bunun müsəlmanların Məscidül-Əqsa üzərindəki suverenliyinə zidd olduğunu bildirir.

Həmçinin, israilli qruplar “Süleyman məbədinin qalıqlarının həmin ərazidə yerləşdiyini” iddia edərək kompleksin altında qazıntılar aparır. İsrail hökuməti isə Məscidül-Əqsa kompleksində tarixi status-kvonun qorunduğunu bəyan etsə də, fanatik qrupların polis himayəsi ilə dini ayinlər keçirməsi mübahisələrə səbəb olur.

Məqalədə: #İsrail #Şərqi Qüds #Əl-Əqsa məscidi #İsrailin Məscidül-Əqsaya məhdudiyyətləri #Qüds İslam Vəqfləri İdarəsi #Məscidül-Əqsaya basqın #Məscidül-Əqsaya məhdudiyyətlər #Qüds İslam Vəqflərinin basqınlara reaksiyası #Şərqi Qüdsdə gərginlik

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23

Son Xəbərlər

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:33
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
13:18
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xərq adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xərq adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.