4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

OPEC+ ölkələri dekabrda gündəlik neft hasilatını 137 min barel artıracaq

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət olan OPEC+ qrupunun üzvü olan 8 ölkə, dekabr ayında gündəlik neft hasilatını 137 min barel artırmaq qərarına gəlib. OPEC tərəfindən verilən açıqlamaya əsasən, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman qlobal bazar şərtlərini və perspektivlərini qiymətləndirmək üçün onlayn toplantı keçirib.

3 Noyabr 2025 09:23
OPEC+ ölkələri dekabrda gündəlik neft hasilatını 137 min barel artıracaq

BAKI, AzerVoice, Nailə Babazadə

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət olan OPEC+ qrupunun üzvü olan 8 ölkə, dekabr ayında gündəlik neft hasilatını 137 min barel artırmaq qərarına gəlib.

AzerVoice xəbər verir ki, OPEC tərəfindən verilən açıqlamaya əsasən, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman qlobal bazar şərtlərini və perspektivlərini qiymətləndirmək üçün onlayn toplantı keçirib.

Toplantıda 2023-cü ilin aprel ayında elan edilən gündəlik 1,65 milyon barellik əlavə könüllü hasilat azaldılması məsələsi müzakirə olunub. “Davamlı qlobal iqtisadi görünüş və aşağı neft ehtiyatlarının əks etdirdiyi sağlam bazar əsaslarını” nəzərə alan ölkələr, dekabr ayında gündəlik hasilatı 137 min barel artırmaq barədə razılığa gəliblər.

OPEC+ qrupunun bu 8 üzv ölkəsi həmçinin mövsümi səbəblərlə gələn ilin yanvar-mart dövründə hasilat artımını dayandırmaq barədə də razılığa gəlib.

Bu ölkələr, 5 oktyabrda keçirilən son toplantıda noyabr ayı üçün hasilatı gündəlik 137 min barel artırmaq barədə qərar qəbul etmişdilər.

Qrupun növbəti toplantısı 30 noyabrda keçiriləcək.

OPEC+ qrupunun hasilat azaldılması mart ayında gündəlik 5,85 milyon barel səviyyəsinə çatmışdı. Bu miqdar, qlobal tələbin təxminən 5,7 faizinə bərabərdir və qrupun 2022-ci ilin oktyabrında elan etdiyi gündəlik 2 milyon barellik hasilat azaldılması, 2023-cü ilin aprelində elan etdiyi 1,65 milyon barellik könüllü azalma və 2023-cü ilin noyabrında açıqlanan 2,2 milyon barellik əlavə azalma qərarlarından ibarətdir.

Sözügedən ölkələr bu azaldılmaların gündəlik 2,2 milyon barellik hissəsini sentyabrın sonunadək ləğv etmiş, oktyabr ayında isə gündəlik 1,65 milyon barellik azaldılmanın tədricən geri çəkilməsinə başlamışdılar.

Məqalədə: #neft #Küveyt #Birləşmiş Ərəb Əmirlikləri #Rusiya #Səudiyyə Ərəbistanı #Əlcəzair #İraq #OPEC #neft-qaz #OPEC+ #neft məhsulları #neft ixracı #Neft qiyməti #neft hasilatı #Neft ixracı və idxalı #Beynəlxalq neft daşınması #İraq neft sektoru #Rusiyadan neft asılılığının azaldılması

Mövzu üzrə digər xəbərlər

Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir
ArabSport

Ər-Riyadda Ərəb İdman Festivalı keçirilir

14:11
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

12:51
Səudiyyə saxta endirim kampaniyalarını təftiş edir - 20 mindən çox obyekt yoxlanılıb
Səudiyyə Ərəbistanı

Səudiyyə saxta endirim kampaniyalarını təftiş edir - 20 mindən çox obyekt yoxlanılıb

12:26
LEAP 2026 iştirakçıları Səudiyyə Ərəbistanının kosmik sektordakı inkişafını yüksək qiymətləndirib
Səudiyyə Ərəbistanı

LEAP 2026 iştirakçıları Səudiyyə Ərəbistanının kosmik sektordakı inkişafını yüksək qiymətləndirib

12:16

Son Xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.