7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

Qəzzada səhiyyə böhranı və aclıq tibbi yardımı mümkünsüz edir

Qəzza zolağındakı Şifa Xəstəxanasının direktoru Məhəmməd Əbu Silmiyye xəstəxanaların fəaliyyətini davam etdirmək üçün kifayət qədər yanacağın qalmadığını bildirib.

2 İyul 2025 09:37
Qəzzada səhiyyə böhranı və aclıq tibbi yardımı mümkünsüz edir

BAKI, AzerVoice

Qəzzada xəstəxanalar dağılmaq üzrədir - bir neçə saat ərzində qəbiristanlığa çevrilə bilər.

AzerVoice xəbər verir ki, Qəzza zolağındakı Şifa Xəstəxanasının direktoru Məhəmməd Əbu Silmiyye xəstəxanaların fəaliyyətini davam etdirmək üçün kifayət qədər yanacağın qalmadığını bildirib.

Onun sözlərinə görə, bir neçə saat ərzində generatorlar dayanarsa, xəstəxanalar insanların həyatını xilas edən yerlərdən ölümün hökm sürdüyü məkana çevriləcək.

Əbu Silmiyye qeyd edib ki, xəstəxananın gündəlik təxminən 1700 litr yanacağa ehtiyacı var, lakin hazırda cəmi 1000 litr ehtiyat mövcuddur və bu, bir neçə saatlıq ehtiyacı ödəyir. Dializ və bəzi şöbələrin artıq bağlandığını, yalnız reanimasiya və cərrahiyyə bölmələrinin fəaliyyət göstərdiyini bildirib.

“13 reanimasiya xəstəsi, 17 körpə, onlarla yaralı ölüm təhlükəsi altındadır” – deyə Əbu Silmiyye bildirib və əlavə edib ki, yanacaq çatışmazlığı səbəbindən yaxın saatlarda xəstəxana tamamilə fəaliyyətini dayandıra bilər.

Xatırladaq ki, bölgədə dərman və tibbi ləvazimat çatışmazlığı da kritik həddədir. Əbu Silmiyyənin sözlərinə görə, Qəzzədə hər 10 nəfərdən yalnız 1-i qan verə bilir, çünki əhalinin əksəriyyəti aclıq və zəiflikdən əziyyət çəkir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı və digər humanitar qurumlar dəfələrlə bölgədə təcili yardım və tibbi ehtiyacların təmin edilməsi üçün sərhədlərin açılmasına çağırış edib.

Məqalədə: #Qəzza zolağı #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzada humanitar böhran 2025

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.