9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

"Tramp marşrutu" Azərbaycanda ixracın artımına və iqtisadi inkişafa töhvə verəcək - "Fitch"

“Fitch”: Naxçıvanla quru əlaqə Azərbaycanın ixrac və iqtisadi artımını gücləndirəcək.

19 Dekabr 2025 17:30
"Tramp marşrutu" Azərbaycanda ixracın artımına və iqtisadi inkişafa töhvə verəcək - "Fitch"


BAKI, AzerVoice

Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (Trump Route – TRIPP) gerçəkləşdirilməsi uzunmüddətli perspektivdə Azərbaycanın ixrac potensialının artımına və iqtisadi inkişafına töhfə verəcək.

AzerVoice xəbər verir ki, bu haqda “Fitch” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

"Fitch" analitikləri hesabatda 2025-ci ilin avqustunda Azərbaycan və Ermənistanın mərhələli şəkildə tamdəyərli sülh sazişinə nail olmaq məqsədilə sülh razılaşmasının mətnini parafladıqlarını xatırladırlar. Sənəddə sülh nizamlanması çərçivəsində Ermənistan ərazisindən keçməklə Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsinin yaradılması nəzərdə tutulur.

Agentliyin qiymətləndirməsinə görə, Naxçıvanla birbaşa quru əlaqəsinin yaradılması Azərbaycana Türkiyəyə birbaşa quru çıxışı təmin edəcək ki, bu da zamanla ixrac imkanlarının genişlənməsinə və iqtisadi artıma şərait yarada bilər.

“Oktyabr ayında Azərbaycan Ermənistana quru yolla yüklərin tranzitinə icazə verilməsi barədə qərar qəbul edib və bu, gərginliyin azalmasına dair əlavə siqnal kimi qiymətləndirilir. Ermənistanla münasibətlərdə risklərin azalması müdafiə xərclərinin ixtisarına gətirib çıxara bilər ki, bu da öz növbəsində ortamüddətli perspektivdə büdcə təzyiqlərini azaldacaq”, – deyə hesabatda vurğulanır.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.

Məqalədə: #Türkiyə #Azərbaycan #Prezident İlham Əliyev #ABŞ #Ermənistan #Naxçıvan #Donald Tramp #Nikol Paşinyan #Vaşinqton #Vaşinqton görüşü #ATƏT Minsk Qrupu ləğvi #Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu #Fitch Ratings

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.