6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə ilk addımlar regional əlaqəliliyin yaxşılaşmasına gətirib çıxarıb - "S&P"

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılmış ilk addımlar artıq indidən regional əlaqəliliyin yaxşılaşmasına gətirib çıxarıb.

21 Fevral 2026 11:47
Baku
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə ilk addımlar regional əlaqəliliyin yaxşılaşmasına gətirib çıxarıb - "S&P"

Bakı.VOA:

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılmış ilk addımlar artıq indidən regional əlaqəliliyin yaxşılaşmasına gətirib çıxarıb.

VOA xəbər verir ki, bu barədə "S&P Global Ratings" hesabatında qeyd olunub.

20 fevral 2026-cı ildə “S&P Global Ratings” Ermənistan üzrə proqnozunu yenidən nəzərdən keçirərək onun reytinqini “stabil”dən “müsbət”ə dəyişib.

Proqnozun “müsbət”ə dəyişdirilməsi reytinq agentliyinin regionda geosiyasi və təhlükəsizlik dinamikasının yaxşılaşması potensialının mövcudluğu barədə rəyini əks etdirir. Xüsusilə, Ermənistan və Azərbaycan arasında diplomatik və ticarət münasibətlərinin normallaşdırılmasının daha da irəliləməsi gözlənilir.

“Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylər gələcək hərbi eskalasiya ehtimalını azalda və regional təhlükəsizlik risklərini zəiflədə bilər. Azərbaycanla danışıqlarda əldə olunan irəliləyiş qısamüddətli təhlükəsizlik risklərini azalda bilər. Bununla belə davamlı sülh sazişinin perspektivi hüquqi baxımdan icrası məcburi sənədin imzalanmasından və onun effektiv icrasından asılı olaraq qalır. İki ölkə arasında danışıqlar qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınmasına, sərhədlərin delimitasiyasına və diplomatik münasibətlərin qurulmasına əsaslanan hərtərəfli sülh çərçivəsinə yönəlib”,- deyə hesabatda qeyd olunur.

“S&P Global Ratings” analitikləri vurğulayırlar ki, 2025-ci ilin avqustunda ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş razılaşma mühüm siyasi mərhələ olub. Bu razılaşma rəhbərlik səviyyəsində öhdəliklərə sadiqliyin nümayişi kimi qiymətləndirilir və təhlükəsizlik sahəsində vəziyyətin sabitləşməsinə töhfə verib.

“Normallaşma istiqamətində atılan ilk addımlar artıq regional əlaqəlilik və ticarətdə mülayim yaxşılaşmaya gətirib çıxarıb. Bu proses Ermənistan ilə Türkiyə arasında sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasına yönəlmiş normallaşma prosesi ilə paralel şəkildə davam edir. Bizim baza ssenarimiz iyun seçkilərindən sonra geniş siyasi davamlılığın qorunacağını nəzərdə tutur: yeni hökumət Azərbaycanla tamdəyərli sülh sazişinin əldə olunması kursunu davam etdirəcək”- deyə hesabatda qeyd olunur.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar.

Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə birgə müraciət ünvanlayıblar.

Məqalədə: #Azərbaycan #Ermənistan

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.