5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycanla ekstradisiya sahəsində əməkdaşlığımız yüksək səviyyədədir - Türkiyə Ədliyyə naziri

Türkiyənin ədliyyə naziri Akın Gürlek Azərbaycanın cinayətkarların ekstradisiyası məsələsində Türkiyəyə hər cür dəstəyi göstərdiyini bildirib. Nazir qeyd edib ki, səfər çərçivəsində Azərbaycanın ədliyyə naziri, baş prokuroru və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi ilə görüşlər keçirəcək, həmçinin Prezident İlham Əliyev tərəfindən qəbul olunacaq.

1 İyul 2026 14:40
Azərbaycanla ekstradisiya sahəsində əməkdaşlığımız yüksək səviyyədədir - Türkiyə Ədliyyə naziri

BAKI,VOA, Fərid Mikayılov

Türkiyənin ədliyyə naziri Akın Gürlek Azərbaycanın cinayətkarların ekstradisiyası məsələsində Türkiyəyə hər cür dəstəyi göstərdiyini bildirib.

VOA xəbər verir ki, rəsmi səfər çərçivəsində Azərbaycanda olan nazir əvvəlcə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək Fəxri xiyabanda əklil qoyub.

Daha sonra o, Bakıda Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad edib, həmçinin Bakı Türk Şəhidliyi abidəsini ziyarət edərək əklil təqdim edib.

Səfərdən sonra jurnalistlərə açıqlama verən Akın Gürlek bildirib ki, vəzifəyə təyin olunduqdan sonra ilk rəsmi xarici səfərini dost və qardaş Azərbaycana edib.

Nazir qeyd edib ki, səfər çərçivəsində Azərbaycanın ədliyyə naziri, baş prokuroru və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi ilə görüşlər keçirəcək, həmçinin Prezident İlham Əliyev tərəfindən qəbul olunacaq.

Akın Gürlek vurğulayıb ki, Azərbaycan ilə hüquqi sahədə əməkdaşlıq yüksək səviyyədədir və bu əlaqələrin daha da genişləndirilməsi məqsədilə müzakirələr aparılacaq.

Türkiyədən xaricə qaçan cinayətkarların ekstradisiyası məsələsinə toxunan nazir bildirib ki, Ankara dünyanın harasında olmalarından asılı olmayaraq həmin şəxslərin Türkiyəyə qaytarılması istiqamətində qətiyyətli mövqe nümayiş etdirir.

Onun sözlərinə görə, ekstradisiya tələbləri mütəmadi yenilənir, yeni sübut və sənədlər əldə olunduqca aidiyyəti ölkələrə təqdim edilir.

"Azərbaycan dövləti bu məsələdə bizə hər cür dəstəyi göstərir", – deyə Akın Gürlek bildirib.

Nazir əlavə edib ki, Türkiyədə cinayət törədərək xaricə qaçan şəxslərlə bağlı proses sonadək izlənilir və ikitərəfli hüquqi əməkdaşlıq çərçivəsində onların Türkiyəyə təhvil verilməsi istiqamətində işlər davam etdirilir.

Məqalədə: #Türkiyə #Azərbaycan #Türkiyə Ədliyyə Nazirliyi #Akın Gürlek

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.