6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Sülh sazişinin mətni üzərində iş birbaşa olaraq Bakı ilə İrəvan arasında aparılır - Hikmət Hacıyev

4 Yanvar 2024 18:19
Sülh sazişinin mətni üzərində iş birbaşa olaraq Bakı ilə İrəvan arasında aparılır - Hikmət Hacıyev

Bakı. AzerPress:

Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi 23 saatlıq antiterror tədbirlərindən dərhal sonra ölkəmiz Qarabağın erməni sakinlərinin Azərbaycan dövlətinə reinteqrasiyası üçün portal yaradıb. Bu barədə Azərbaycan Prezidentinin Administrasiyasının mətbuata yaydığı məlumatda bildirilib və həmçinin bu məsələ regional mediada geniş yer alıb.

AzerPress xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

"Azərbaycan qürur hissi ilə qeyd edir ki, BMT-nin üç missiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən öz təsdiqini tapdığı kimi ildırımsürətli antiterror tədbirləri zamanı və ondan sonrakı dövrdə mülki şəxslərə qarşı zorakılıq halları qeydə alınmayıb. Azərbaycan hərbi əməliyyatların dinc əhaliyə zərər vurulmadan necə aparılmalı olduğunu bütün dünyaya nümayiş etdirib.

Başqa sözlə desək, dinc əhalinin olduğu yerdə qalması üçün hər cür şərait yaradılmışdı. Buna baxmayaraq, erməni sakinlərin əksəriyyəti Qarabağı tərk etmək qərarına gəldilər. Sadəcə olaraq, onlar Azərbaycan Bayrağı və vətəndaşlığı altında yaşamaq istəmirlər və bu, onların bölgəni tərk etmək barədə qərar vermələrinə səbəb olub, əsasən azərbaycanlılara qarşı etnik nifrətə görə. Yeri gəlmişkən, iyirmi il əvvəl Ermənistanın sabiq prezidenti Robert Köçəryan sizin istinad etdiyiniz Avropa Şurası Parlament Assambleyasındakı bəyanatında “ermənilərlə azərbaycanlılar arasında etnik uyğunsuzluqdan” danışmışdı. AŞPA rəsmiləri bəyan ediblər ki, “Avropa Şurası yarandığı gündən indiyədək heç vaxt “etnik uyğunsuzluq” ifadəsini eşitməyib.

Erməni sakinlərinin əksəriyyəti qorxurdular ki, Azərbaycan Birinci Qarabağ müharibəsi zamanı ermənilərin törətdiklərinin qisasını ala bilər, lakin bizim niyyətimiz bu deyildi. Azərbaycan heç vaxt mülki əhalini hədəfə almır. Beləliklə, Azərbaycan Laçın yolu vasitəsilə Ermənistana təhlükəsiz keçid təmin etdi. Erməni sakinlərin çox kiçik bir hissəsi Qarabağda qalmaq qərarına gəlib və hazırda onların ehtiyacları ödənilir. Reinteqrasiya portalı fəaliyyətini davam etdirir.

Eyni zamanda, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində Ermənistandakı kompakt şəkildə yaşadıqları məskənlərindən kütləvi şəkildə qovulmuş yüz minlərlə azərbaycanlının geri qayıtmaq hüququnu rədd etməsi narahatedici məqamdır. Ermənistanın baş naziri onları “Ermənistanın milli təhlükəsizliyinə təhdid” adlandırıb ki, bu da tamamilə qəbuledilməzdir. Bir tərəfdən “sülh dövrü” elan etmək, digər tərəfdən də öz tarixi vətənlərinə qayıdıb yaşamaq istəyən azərbaycanlı qaçqınları “ölkənin milli təhlükəsizliyinə təhdid” adlandırmaq olmaz.

Ermənistandan qovulmuş azərbaycanlı qaçqınları təmsil edən Qərbi Azərbaycan İcması hər zaman Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşdığını vurğulayır. Onların məqsədləri, sadəcə olaraq, Ermənistandakı doğma torpaqlarına sülh yolu ilə qayıtmaqdır.

Siz humanitar yaralar barədə qeyd etdiniz. Həqiqətən də Qarabağ münaqişəsi Azərbaycan xalqının faciəsinə çevrilmişdir. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Yüz minlərlə insanın taleyi məhv edilib. Dörd minə yaxın azərbaycanlının taleyi hələ də naməlum olaraq qalır. Azərbaycanda valideynlər var ki, itkin düşən oğullarının şəkillərini öz məzar daşlarının üzərinə həkk etməyi mənəvi təsəlli olaraq vəsiyyət edirlər. Siz özünüz də regiona səfər etmisiniz və bu işğalın Azərbaycan şəhərlərini, kəndlərini nəyə çevirdiyini görmüsünüz. Bir vaxtlar inkişaf edən şəhərlər tamamilə məhv edilib və onlar artıq mövcud deyildir. Əvəzində isə erməni işğalçıları dəqiq mina xəritələri olmadan bizə bir milyondan çox minadan ibarət ölümcül miras qoyublar. Təsəvvür edirsiniz ki, XXI əsrdə azərbaycanlılar öz suveren ərazilərində mina partlayışlarının qurbanına çevrilirlər. Hazırda azərbaycanlıların qarşısında ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası, yaşayış və iş şəraitinin yaradılması və əhalinin geri qaytarılması kimi böyük bir vəzifə dayanır.

Digər humanitar yara isə mədəni irsimizin - abidələrimizin, məscidlərimizin, qəbiristanlıqlarımızın məqsədyönlü şəkildə dağıdılmasıdır. Məscidlərimiz donuzların və inəklərin saxlanılması üçün tövlə kimi istifadə edilib. Ermənistan bununla Azərbaycan xalqının izini silməyə çalışıb", - o qeyd edib.

Prezidentin köməkçisi danışıq formatları ilə bağlı sualı belı cavablandırıb:

"Hər bir formatın öz üstünlükləri var və onların effektivliyini müqayisə etmək düzgün olmazdı. Müxtəlif mərhələlərdə müxtəlif formatlar bizə irəli getməyə imkan verib və biz iştirak edən bütün vasitəçilərə minnətdarıq. Məkan bizim üçün önəmli deyil, ən əsası nəticədir. Biz nəticəyönümlü danışıqların tərəfdarıyıq. Prinsipcə, biz səmimi vasitəçiliyin əleyhinə deyilik, lakin birbaşa danışıqlara üstünlük veririk. Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa olaraq Bakı ilə İrəvan arasında aparılır".

Sülh sazişinin mətni üzərində iş birbaşa olaraq Bakı ilə İrəvan arasında aparılır - Hikmət Hacıyev
Məqalədə: #Azərbaycan #BMT #Ermənistan #Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) #Hikmət Hacıyev

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

4 Sentyabr 13:44
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.