7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Gürcüstandakı soydaşlarımız Avropa İttifaqının Tbilisi ofisinin önündə etiraz aksiyası təşkil ediblər

28 Yanvar 2024 17:20
Gürcüstandakı soydaşlarımız Avropa İttifaqının Tbilisi ofisinin önündə etiraz aksiyası təşkil ediblər

Bakı . AzerVoice:

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı ədalətsiz mövqeyi və qəbul etdiyi qərarlar dünyanın hər yerində, o cümlədən Gürcüstanda yaşayan soydaşlarımızın ciddi etirazına səbəb olub.

AzerVoice AZƏRTAC-a istinadən xəbər verir ki, bir sıra gürcü siyasətçiləri AŞPA-nın bu qərarını ciddi tənqid ediblər.

Gürcüstanda yaşayan soydaşlarımız da özünü demokratiyanın beşiyi, insan hüquq və azadlıqlarının müdafiəçisi hesab edən AŞPA-ya öz etirazlarını bildiriblər.

“Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı ilə soydaşlarımız Avropa İttifaqının (Aİ) Tbilisi ofisinin önündə “Ayrı-seçkiliyə və ikili standartlara son!”, “Xocalıya ədalət!” tələbləri ilə aksiya keçiriblər.

Aksiyada “Erməni terroruna son!”, “Ekoloji terrora son!” və digər şüarlar səsəndirilib.

“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov AZƏRTAC-a müsahibəsində bildirib ki, aksiya AŞPA-nın qərəzli mövqeyinə və erməni yalanlarına son qoyulması tələbi ilə təşkil edilib.

Onun sözlərinə görə, AŞPA-nın Azərbaycanla bağlı son qərarı bütün dünya azərbaycanlıları kimi, Gürcüstanda yaşayan soydaşlarımızın da ciddi etirazına səbəb olub. Azərbaycana qarşı ikili standartlardan çıxış edən AŞPA-nın bu qərarının heç bir hüquqi əsası yoxdur. Dünya azərbaycanlıları və Gürcüstanda yaşayan soydaşlarımız da bunu yaxşı başa düşürlər. Ona görə də əsas məqsəd belə tədbirlər vasitəsilə AŞPA-nı düzgün yola dəvət etməklə yanaşı, avropalıları, xüsusilə də Fransa kimi dövlətləri Azərbaycanın qarşısında maneə olmaqdan çəkinməyə çağırmaqdır.

O, əminliklə qeyd edib ki, anti-Azərbaycan qüvvələr sonda onsuz da öz çirkin mövqelərindən əl çəkəcəklər.

Aksiyada iştirak edən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin direktoru Murad Muradov isə deyib: “İnanırıq ki, azərbaycanlıların bu aksiyası bəzi qüvvələrin çirkin əməllərdən çəkinməsinə təkan verəcək”.

Dinc şəkildə keçirilən aksiyada yüzlərlə azərbaycanlı iştirak edib.

Gürcüstandakı soydaşlarımız Avropa İttifaqının Tbilisi ofisinin önündə etiraz aksiyası təşkil ediblər Gürcüstandakı soydaşlarımız Avropa İttifaqının Tbilisi ofisinin önündə etiraz aksiyası təşkil ediblər Gürcüstandakı soydaşlarımız Avropa İttifaqının Tbilisi ofisinin önündə etiraz aksiyası təşkil ediblər
Məqalədə: #Azərbaycan #Gürcüstan

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.