13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin üzvləri İlahiyyat İnstitutunda olublar

Azərbaycanda səfərdə olan ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.

29 Oktyabr 2024 16:38
ABŞ-nin  Dinlərarası Qonşuluq Şəbəkəsinin üzvləri İlahiyyat İnstitutunda olublar

Bakı, AzerVoice

Azərbaycanda səfərdə olan ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.

AzerVoice xəbər verir ki, bu barədə Aİİ-dan bildirib.

Aİİ rektoru, dosent Aqil Şirinov qonaqlara ölkəmizdə mövcud olan birgəyaşayış ənənəsi, tolerantlıq mühiti barədə məlumat verib. Ali müəssisə rəhbəri Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayıb, Azərbaycan dövlətinin ölkədəki ənənəvi dini qruplara daim qayğı ilə yanaşdığını qeyd edib.

A.Şirinov Aİİ haqqında geniş məlumat verib. İnstitutda mövcud ixtisaslar, təhsil səviyyələri barədə bəhs edib, Aİİ-də tədrisin məzhəblərüstü aparıldığını diqqətə çatdırıb.
Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi, Qlobal Məsələlər İnstitutunun prezidenti və Texasdakı Nortvud kilsəsinin baş pastoru Bob Roberts təmsil etdiyi təşkilat haqqında geniş məlumat verib. O, dünyada radikallığın artdığı müasir dövrdə Azərbaycanın tolerantlıq baxımından müsbət təcrübə yaratdığını söyləyib, bu praktikanın öyrənilməsinin vacib olduğunu bildirib.

Görüşdə əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi, Qlobal Məsələlər İnstitutunun prezidenti və Texasdakı Nortvud kilsəsinin baş pastoru Bob Roberts, Qlobal Məsələlər İnstitutunun vitse-prezidenti Ceyms Çen, “Microsoft” Korporasiyasının xarici əlaqələr üzrə baş direktoru, dini azadlıq məsələləri üzrə xristian beyin mərkəzi olan Qlobal İştirak İnstitutunun baş elmi işçisi Suheyl Xan Berkli, Daniel Lenqford daxildirlər.

ABŞ-nin  Dinlərarası Qonşuluq Şəbəkəsinin üzvləri İlahiyyat İnstitutunda olublar ABŞ-nin  Dinlərarası Qonşuluq Şəbəkəsinin üzvləri İlahiyyat İnstitutunda olublar ABŞ-nin  Dinlərarası Qonşuluq Şəbəkəsinin üzvləri İlahiyyat İnstitutunda olublar ABŞ-nin  Dinlərarası Qonşuluq Şəbəkəsinin üzvləri İlahiyyat İnstitutunda olublar
Məqalədə: #Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ)

Mövzu üzrə digər xəbərlər

Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuyozma

Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?

08:00
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib
Texnologiya

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib

12 Sentyabr 19:55
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Linux

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri

12 Sentyabr 13:46

Son Xəbərlər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
07:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.