6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“İntellektual Klubların V Gənclər Liqası”nın regionlar üzrə I seçim turu yekunlaşıb

“İntellektual Klubların V Gənclər Liqası” Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

10 Noyabr 2024 13:30
“İntellektual Klubların V Gənclər Liqası”nın regionlar üzrə I seçim turu yekunlaşıb

Bakı, AzerVoice

“İntellektual Klubların V Gənclər Liqası” Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Bu barədə AzerVoice-ə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən (GMD) məlumat verilib.

Respublikanı əhatə edən ölkənin ən böyük intellektual turnirinin regionlar üzrə I seçim turu yekunlaşıb.

Seçimlərdə ümumilikdə 500-dən artıq komanda öz intellektual gücünü sınayacaq. Rayonlar və şəhərlər üzrə ilkin mərhələnin qalib komandaları növbəti mərhələdə zonalar üzrə yarışacaqlar. Gərgin bilik mübarizəsinin sonunda isə gənclər Bakıda 2 gün ərzində keçiriləcək möhtəşəm final mərhələsində iştirak edəcəklər. Turnir çərçivəsində “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn-Rinq” və “Erudit Kvartet” oyunları keçiriləcək.

Təşkil edilən turnirin əsas məqsədi Azərbaycan gənclər siyasətinin prioritet istiqamətlərindən olan gənclərin intellektual potensialının inkişaf etdirmək, regionlarda intellektual oyunların keçirilməsini davamlı hala gətirmək və intellektli gənclər ordusunu formalaşdıraraq bu hərəkatın kütləviləşməsini təmin etmək olub. Həmçinin, cənab Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsinə görə gənclər arasında təbliğinə turnirdə xüsusi önəm verilib.

Xatırladaq ki, 2019-cu ildən bəri mütəmadi olaraq keçirilən turnir bütün ölkə gənclərini əhatə edərək onların intellektual səviyyələrinin, dünyagörüşlərinin stimullaşdırılmasına, həmçinin şəbəkələşməsinə təkan verir. Bu xüsusda Azərbaycan Respublikasının Gənclər Fondu intellektinə güvənən hər bir gənci növbəti illərdə bu çağırışa qoşulmağa və bu ənənənin davamçısı olmağa dəvət edir.

Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.

Birlik gənclərin vətənpərvərlik hisslərinin, dövlətçilik dəyərlərinin yüksəldilməsi, gənclərin asudə vaxtlarının səmərəli və öyrədici formada dəyərləndirilməsi məqsədilə gənclər sektorunda mühüm rol oynayan müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirir.

Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (Turkic.World) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfdaşlıq memorandumu imzalayıb.

“İntellektual Klubların V Gənclər Liqası”nın regionlar üzrə I seçim turu yekunlaşıb “İntellektual Klubların V Gənclər Liqası”nın regionlar üzrə I seçim turu yekunlaşıb “İntellektual Klubların V Gənclər Liqası”nın regionlar üzrə I seçim turu yekunlaşıb “İntellektual Klubların V Gənclər Liqası”nın regionlar üzrə I seçim turu yekunlaşıb “İntellektual Klubların V Gənclər Liqası”nın regionlar üzrə I seçim turu yekunlaşıb “İntellektual Klubların V Gənclər Liqası”nın regionlar üzrə I seçim turu yekunlaşıb “İntellektual Klubların V Gənclər Liqası”nın regionlar üzrə I seçim turu yekunlaşıb “İntellektual Klubların V Gənclər Liqası”nın regionlar üzrə I seçim turu yekunlaşıb “İntellektual Klubların V Gənclər Liqası”nın regionlar üzrə I seçim turu yekunlaşıb

Mövzu üzrə digər xəbərlər

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misir

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb

13:56
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

11:00

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.