5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

"Sadəcə İnsan" dərnəyi 17 ölkədə ramazan yardımları gerçəkləşdirəcək

17 Fevral 2025 14:05
"Sadəcə İnsan" dərnəyi 17 ölkədə ramazan yardımları gerçəkləşdirəcək

Bakı,AzerVoice

Sadəcə İnsan Beynəlxalq Yardım Dərnəyi, Ramazan ayında ehtiyac sahibi və məzlum ailələrə dəstək olmaq məqsədilə 17 ölkədə yardım fəaliyyətləri həyata keçirəcək.

AzerVoice xəbər verir ki, yardım kampaniyasının aparılacağı ölkələr arasında Türkiyə, Fələstin, Suriya, Keniya, Uqanda, Bosniya və Herseqovina, Albaniya, İraq, Tanzaniya, Madaqaskar, Mozambik, Filippin, İndoneziya, Qırğızıstan, Malavi, Azərbaycan və Pakistan yer alır.

Ötən illərdə olduğu kimi, bu Ramazanda da dərnək ərzaq bağlamaları, iftar süfrələri, yetim uşaqlar üçün dəstək proqramları, zəkat və fitrə paylamaları ilə ehtiyac sahiblərinə yardım etməyi hədəfləyir.

2023-cü ildə minlərlə ailəyə ərzaq yardımı və yetim uşaqlara bayram geyimləri paylayan dərnək, on minlərlə insanı iftar süfrələrində qonaq etmişdi. Həmçinin,

2024-cü ildə “Ramazan Bərəkətdir” şüarı altında keçirilən kampaniya çərçivəsində isə 100 min nəfərə iftar yeməyi, ərzaq bağlamaları, bayram hədiyyələri, zəkat və fitrə yardımı edilmişdir.

Sadəcə İnsan Beynəlxalq Yardım Dərnəyi, 2025-ci il üçün "Ramazan Paylaşanda Gözəldir" şüarı ilə 17 ölkədə iftar süfrələri, ərzaq yardımları, fitrə, zəkat, fidyə və bayram hədiyyələri ilə yardım kampaniyalarını davam etdirməyi planlaşdırır.

Ramazan ayının ən önəmli ənənələrindən biri olan iftar süfrələri bu il də xeyriyyəçilərin dəstəyi ilə ehtiyac sahibləri ilə paylaşılacaq. Müharibə, böhran və yoxsulluqla mübarizə aparan bölgələrdə təşkil olunacaq iftar süfrələri vasitəsilə minlərlə insana isti yemək çatdırılacaq.

Bir iftar yeməyinin dəyəri 180 TL olaraq müəyyən edilib və bu dəstək sadəcə bir yemək deyil, eyni zamanda bir ümid işığı olacaq.

Ramazan ayında əsas qida məhsullarına çıxışda çətinlik çəkən ailələrə ərzaq bağlamaları paylanacaq. Dəyəri 1000 TL olan bu bağlamalarda un, yağ, düyü, şəkər, paxlalılar və digər əsas qida məhsulları yer alacaq.

Dərnək, Ramazan ayının sonunda yetim və ehtiyac sahibi uşaqlara bayram geyimləri hədiyyə edərək, onların bayram sevincini artıracaq. Xeyriyyəçilərin dəstəyi ilə həyata keçiriləcək bu kampaniya sayəsində minlərlə uşağın üzündə təbəssüm yaranacaq

Ramazan yardımlaşma və həmrəyliyin ən yüksək səviyyədə yaşandığı bir ay olduğu üçün dərnək zəkat, fitrə və fidyə bağışlarının həqiqi ehtiyac sahiblərinə çatdırılmasını təmin edəcək.

Bağışlar vasitəsilə yoxsul ailələrə dəstək veriləcək və süfrələr bərəkətlənəcək.

Ramazan yardımlarına dəstək olmaq üçün xeyriyyəçilər bilgisan.org.tr/bagis saytından və ya 0216 651 73 39 nömrəsinə zəng edərək ətraflı məlumat ala bilərlər.

"Sadəcə İnsan" dərnəyi 17 ölkədə ramazan yardımları gerçəkləşdirəcək "Sadəcə İnsan" dərnəyi 17 ölkədə ramazan yardımları gerçəkləşdirəcək "Sadəcə İnsan" dərnəyi 17 ölkədə ramazan yardımları gerçəkləşdirəcək "Sadəcə İnsan" dərnəyi 17 ölkədə ramazan yardımları gerçəkləşdirəcək "Sadəcə İnsan" dərnəyi 17 ölkədə ramazan yardımları gerçəkləşdirəcək "Sadəcə İnsan" dərnəyi 17 ölkədə ramazan yardımları gerçəkləşdirəcək
Məqalədə: #Türkiyə #Azərbaycan #Fələstin #Qırğızıstan #Pakistan #İraq #Suriya #Ramazan ayı #JUST HUMAN #Sadəcə İnsan dərnəyi

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.