6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“Məşədi Dadaş”ın imamına sui-qəsd hazırladı

31 İyul 2024 09:41
“Məşədi Dadaş”ın imamına sui-qəsd hazırladı

Bakı, AzerVoice

İctimai xadimin həyatına sui-qəsddə və qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunan Elşən Hüseynovun məhkəməsi başlayıb.

AzerVoice xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin şəxsi məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.

Hazırkı mərhələdə tərəflərin heç biri vəsatətlə çıxış etməyib. Ümumi razılaşmaya əsasən, cinayət işi baxışa verilib. Birinci baxış iclası avqustun 2-nə təyin edilib.

Prosesdə təqsirləndirilən şəxsin səhhəti ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı müraciət olunub.

Cinayət işinin mahiyyəti ilə bağlı bəzi məlumatları əldə etmişik.

Belə ki, 41 yaşlı Elşən Hüseynov dini ədavət niyyəti ilə iki nəfəri öldürməyə cəhd edib, eləcə də ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd edib. Elşənin qisas niyyəti ilə öldürmək istədiyi əsas adam “Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətov olub.

Elşən 30 dekabr 2023-cü il tarixdə “Məşədi Dadaş” məscidinin imamına sui-qəsd etmək niyyəti ilə onun otağına zorla girmək istəyib.

Bu vaxt məscidin xidmətçisi Rəsul Həsənli onu saxlamağa çalışıb. Təqsirləndirilən şəxs bu vaxt cibindəki bıçağı çıxararaq xidmətçinin qulaq, qarın və digər nahiyələrinə xəsarət yetirib. Elşən öz iradəsindən asılı olmayan səbəbdən planını tam reallaşdıra bilməyib. Xidmətçi yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb, Elşən isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Elşən Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 29.120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayəti gizlətmə məqsədilə adam öldürməyə cəhd) 29.120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29.120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29.120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham elan edilib.

“Məşədi Dadaş”ın imamına sui-qəsd hazırladı
Məqalədə: #Məşədi Dadaş

Mövzu üzrə digər xəbərlər

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misir

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb

13:56
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

11:00

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.