7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Doğru Qidalanıram — Bəs Niyə Çatışmazlıqlar Var?

Ancaq təcrübə göstərir ki, hətta ideal görünən rasionla belə vitamin və mineral çatışmazlıqları geniş yayılıb. Bəzən bu çatışmazlıqlar illərlə gizli qalır və heç bir aydın simptom vermir.

17 İyul 2025 12:40
Doğru Qidalanıram — Bəs Niyə Çatışmazlıqlar Var?

Bakı. AzerVoice, Anar Məmmədov, sağlam həyat və fitnes mütəxəssisi

Doğru Qidalanıram — Bəs Niyə Çatışmazlıqlar Var?

İnsanların çoxu belə düşünür:

“Mən evdə yemək bişirirəm, fastfud yemirəm, tərəvəz, balıq, sıyıq yeyirəm — deməli, hər şey qaydasındadır”.

Ancaq təcrübə göstərir ki, hətta ideal görünən rasionla belə vitamin və mineral çatışmazlıqları geniş yayılıb. Bəzən bu çatışmazlıqlar illərlə gizli qalır və heç bir aydın simptom vermir.

Niyə belə olur?

1. Məhsullar zəiflədi — torpaqlar tükəndi

Müasir kənd təsərrüfatı məhsuldarlığa yönəlib, keyfiyyətə yox. Torpaqlar mikroelementlərlə yoxsullaşıb, nəticədə məhsullar (tərəvəz, meyvə və s.) əvvəlki qədər zəngin deyil.

Məsələn: İspanaqda bu gün 50 il öncə ilə müqayisədə 3–5 dəfə az maqnezium və dəmir var.

Bundan əlavə:

Dondurma

Daşınma

İstixana şəraiti

Bütün bunlar məhsulların B qrupu vitaminləri və C vitaminini azaldır.

2. Orqanizmin tələbatı artıb

Biz daim stress, informasiya basqısı, hormonal dəyişikliklər və fiziki yüklənmələr altındayıq.

Stress zamanı — maqnezium, B və C vitaminləri daha çox sərf olunur.

Qadınlarda PMS, menopauza, iltihablar zamanı — dəmir, sink, A/D/E vitaminləri və zülal ehtiyacı artır.

3. Yediyin udulmaya bilər

Düzgün qidalanma — udulma demək deyil.

Aşağıdakılar qida maddələrinin sorulmasını zəiflədir:

Gastrit

SİBR

Aşağı mədə turşuluğu

Antibiotiklər, hormonlar, metformin

Nəticə: İnsan ət yeyir, amma analizdə dəmir və B12 aşağı çıxır.

4. Yaş artdıqca — tələbat da artır

Yaşlandıqca:

Mədə turşusu və ferment ifrazı azalır

Qaraciyər və böyrəklər zəifləyir

Mikrofloranın balansı pozulur

Bu o deməkdir ki, yaşlı insanlara daha çox B vitamini, D vitamini, kalsium və zülal lazımdır

5. Dərmanlar vitaminləri “oğurlaya” bilər

Bəzi dərmanlar uzunmüddətli istifadə zamanı ciddi çatışmazlıqlar yarada bilər:

Metformin — B12 və fol turşusunu azaldır
İPP (omeprazol və s.) — B12, dəmir, sink, kalsiumu mənimsəməyə mane olur
Hamiləlik əleyhinə həblər — B6, maqnezium, sinki azaldır
Diuretiklər — maqnezium, kalium və natriumu yuyub aparır

6. Genetik fərqliliklər

MTHFR, COMT, PEMT kimi genetik mutasiyalar varsa:

Folat və B12 düzgün işlənmir

Hüceyrə səviyyəsində mənimsəmə pozula bilər

Qida maddələri olsa belə, orqanizm onları istifadə edə bilmir

7. Həyat tərzimiz də bizi “yeyir”

Qəhvə — dəmir, kalsium, maqnezium və sinkin udulmasına mane olur

Alkoqol — mikrofloranı pozur, B vitaminlərini parçalayır

Stress və yuxusuzluq — maqnezium, C vitamini, B1/B6 və sink ehtiyatlarını sürətlə azaldır

Bəs nə etməli?

Düzgün qidalanma vacibdir, amma yetərli deyil.

Hər 6–12 aydan bir analiz verin.
Xüsusilə, aşağıdakılar varsa:

Xroniki yorğunluq

Dəri və həzm problemləri

Yuxu və çəki pozğunluğu

Əsəbilik və libido azalması

Nəticə: Ağıllı yanaşma — güclü bədən

Əlavə qəbul etməzdən öncə:

Udulmanı yoxlayın

Həzm və fermentləri dəstəkləyin

Qida əlavələrini analizlərə əsasən seçin, “profilaktika üçün” yox

Orqanizm real şəraitdə yaşayır. O, təmiz qrafik və nəzəri “qida balansı” ilə yox, bizim gündəlik həyat tərzimizlə işləyir.

Məqalədə: #Anar Məmmədov

Mövzu üzrə digər xəbərlər

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Texnologiya

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu

6 Sentyabr 23:00
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misir

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb

6 Sentyabr 13:56
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31

Son Xəbərlər

BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
09:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.