8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Beynəlxalq Muğam Mərkəzində Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olunub

Noyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə böyük mütəfəkkir şair Seyid Əzim Şirvaninin 190 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilib.

28 Noyabr 2025 18:09
Beynəlxalq Muğam Mərkəzində Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olunub

BAKI,AzerVoice

Noyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə böyük mütəfəkkir şair Seyid Əzim Şirvaninin 190 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilib.

AzerVoice xəbər verir ki, tədbirdə çıxış edən yazıçı-dramaturq İlqar Fəhmi Seyid Əzim Şirvaninin ədəbi irsi, maarifçi fəaliyyəti və XIX əsr Azərbaycan poeziyasında oynadığı mühüm roldan söz açıb.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə Azərbaycan ədəbiyyatı və mədəniyyətini təbliğ etməyin böyük məsuliyyət yaratdığını bildirib. O vurğulayıb ki, tarixən bu istiqamətdə fundamental addımlar atılıb və milli mədəniyyətə sahib çıxmaq, onu dünya ictimaiyyətinə doğru şəkildə təqdim etmək hər birimizin borcudur.

Şairin kötücəsi, Milli Məclisin deputatı Şahin Seyidzadə qeyd edib ki, Seyid Əzim Şirvani xüsusi icazə ilə Şamaxıda məktəb açıb, müəyyən məhdudiyyətlərə baxmayaraq həm Azərbaycan, həm də rus dillərində tədrisin təşkilinə nail olub. Şahin Seyidzadənin sözlərinə görə, Seyid Əzimin şeirlərinin muğamlarda ifa olunması onların daha geniş kütlələr tərəfindən sevilməsinə səbəb olub.

Digər çıxışçılar da Seyid Əzim Şirvaninin zəngin irsindən bəhs ediblər.

Tədbirin bədii hissəsində Əməkdar incəsənət xadimi Aqil Məlikov, xanəndələr Zeynal Əhmədov, Rais Niftəliyev və Elbrus Niftəliyev, həmçinin Beynəlxalq Muğam Mərkəzinin solistləri Nisbət Sədrayeva, Nişanə Baxışova və Rəvan Qaçayev müxtəlif muğam parçaları səsləndiriblər.

Tədbirin poetik hissəsində isə qiraət ustaları Hüseynağa Aslanov, Elsər Qədri və Gülbala Dadaş Seyid Əzim Şirvaninin şeirlərindən parçalar təqdim edərək gecənin ədəbi ovqatını tamamlayıblar.

Sənətkarları səhnədə bir-birindən məharətli musiqiçilər müşayiət edib.

Beynəlxalq Muğam Mərkəzində Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olunub Beynəlxalq Muğam Mərkəzində Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olunub
Məqalədə: #Milli Məclis #Mədəniyyət Nazirliyi #Beynəlxalq Muğam Mərkəzi #Seyid Əzim Şirvani #İlqar Fəhmi Seyid #XIX əsr Azərbaycan poeziyası #Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsi #Vasif Qurbanzadə #Şahin Seyidzadə #Şamaxıda #Aqil Məlikov #Zeynal Əhmədov #Rais Niftəliyev #Elbrus Niftəliyev #Nisbət Sədrayeva #Nişanə Baxışova #Rəvan Qaçayev #Hüseynağa Aslanov #Elsər Qədri #Gülbala Dadaş

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

10:22
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

7 Sentyabr 19:50

Son Xəbərlər

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
16:48
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
16:42
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.