8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib

Müşavirəni giriş sözü ilə açan nazir Məcnun Məmmədov bildirib ki, 2025-ci il aqrar sahə üçün məsuliyyətli və intensiv fəaliyyət dövrü olub. Dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, subsidiya siyasətinin daha ünvanlı və şəffaf tətbiqi, fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, həmçinin rəqəmsallaşma istiqamətində atılan addımlar sahənin dayanıqlı inkişafına mühüm töhfə verib. 2025-ci ildə ölkədə 129 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunub ki, bunun 5,9 faizi kənd təsərrüfatının payına düşür. Kənd təsərrüfatı qeyri neft-qaz sektoru üzrə ixrac edilən məhsullar arasında birinci pillədə olmaqla, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində və valyuta daxilolmalarının formalaşmasında mühüm strateji rol oynayır.

13 Fevral 2026 16:37
Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib

BAKI,AzerVoice

Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

AzerVoice xəbər verir ki, nazir Məcnun Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə Nazirlik Aparatının məsul şəxsləri, tabeli qurumların rəhbərləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan nazir Məcnun Məmmədov bildirib ki, 2025-ci il aqrar sahə üçün məsuliyyətli və intensiv fəaliyyət dövrü olub. Dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, subsidiya siyasətinin daha ünvanlı və şəffaf tətbiqi, fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, həmçinin rəqəmsallaşma istiqamətində atılan addımlar sahənin dayanıqlı inkişafına mühüm töhfə verib. 2025-ci ildə ölkədə 129 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunub ki, bunun 5,9 faizi kənd təsərrüfatının payına düşür. Kənd təsərrüfatı qeyri neft-qaz sektoru üzrə ixrac edilən məhsullar arasında birinci pillədə olmaqla, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində və valyuta daxilolmalarının formalaşmasında mühüm strateji rol oynayır.

Azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətlərinin dayanıqlı inkişaf prinsipləri əsasında qurulmasının Nazirliyin əsas prioritetlərindən biri olduğunu xatırladan nazir ötən il bağçılıq və heyvandarlıq istiqamətləri üzrə Xocalı, Xocavənd və Laçın rayonlarında ümumilikdə 6 876 hektar torpaq sahəsinin sahibkarların istifadəsinə verilməsi üçün müsabiqəyə çıxarıldığını deyib. Müsabiqə nəticəsində icarə əsaslı torpaq əldə etmiş sahibkarlara müvafiq subsidiyalarla göstərilən dəstək sistemli şəkildə davam etdirilir.

2026-cı ildə Nazirliyin qarşısında daha məsul vəzifələrin dayandığını vurğulayan nazir Məcnun Məmmədov istehsalın səmərəliliyinin artırılması, resurslardan rasional istifadə, monitorinq və nəzarət mexanizmlərinin gücləndirilməsi, fermer məmnunluğunun yüksəldilməsi və ixrac potensialının genişləndirilməsinin əsas istiqamətlər kimi müəyyən edilməli olduğunu bildirib. 2026-cı ildə kənd təsərrüfatı sahəsində rəqəmsal transformasiyanın sürətləndirilməsi, məlumat əsaslı qərarvermə mexanizmlərinin təkmilləşdirilməsi və süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi də əsas vəzifələrdən olacaq.

Daha sonra nazir müavini Seymur Səfərli “Bitkiçilik sahəsinin inkişafı”, nazir müavini İlhamə Qədimova “Subsidiya mexanizmlərinin tətbiqi və monitorinq nəticələri”, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev “Heyvandarlıqda epizootik sabitliyin təmin edilməsi və bitki mühafizəsi tədbirlərinin icra vəziyyəti” mövzularında ötən il görülmüş işlər və 2026-cı ildə qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarını məlumatlandırıblar.

Çıxışlardan sonra aqrar sahənin aktual məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müşavirənin yekununda nazir Məcnun Məmmədov aqrar istehsalın artırılması, institusional təkmilləşmə və digər məsələlərlə bağlı fikirlərini bölüşüb, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərlərinə yerlərdə fermer və vətəndaş yönümlü işi artırmağı, onların üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi, aqrar sahənin inkişafı ilə bağlı təkliflər, layihələr və təşəbbüslər irəli sürməyi tapşırıb. 2025-ci ildə bir çox məhsullar üzrə yüksək məhsuldarlıq əldə olunduğunu xatırladan nazir 2026-cı ildə də bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Məqalədə: #Azərbaycan #Bakı #Süni intellekt #Kənd Təsərrüfatı Nazirliyi #Məcnun Məmmədov

Mövzu üzrə digər xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

7 Sentyabr 19:50
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
ArabCars

BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb

7 Sentyabr 16:09

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.