7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Şamaxıda “Elləroyuğu” Yaylaq Festivalı keçirilib - Ağbaba-Şörəyel irsi yenidən yaşadıldı

Şamaxı rayonunun Qızmeydan kəndində “Elləroyuğu” Yaylaq Festivalı keçirilib. Amasiya rayonu Elləroyuğu kənd İcmasının təşkilatçılığı ilə baş tutan festival Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin, xüsusilə Ağbaba-Şörəyel mahalının milli-mənəvi dəyərlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədilə təşkil olunub.

1 İyun 2026 17:04
Şamaxıda “Elləroyuğu” Yaylaq Festivalı keçirilib - Ağbaba-Şörəyel irsi yenidən yaşadıldı

BAKI,VOA Orxan Qədirzadə

Şamaxı rayonunun Qızmeydan kəndində “Elləroyuğu” Yaylaq Festivalı keçirilib. Amasiya rayonu Elləroyuğu kənd İcmasının təşkilatçılığı ilə baş tutan festival Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin, xüsusilə Ağbaba-Şörəyel mahalının milli-mənəvi dəyərlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədilə təşkil olunub.

VOA xəbər verir ki, tədbir çərçivəsində ilk olaraq mahalın tarixi yaddaşını, qədim toponimlərini, yurd yerlərini və milli adət-ənənələrini əks etdirən “Kəndimizin tarixi yaddaşı” adlı sərgi nümayiş etdirilib. Sərgiyə baxış zamanı iştirakçılar Ağbaba-Şörəyel mahalının tarixi keçmişi, mədəni irsi və milli dəyərləri ilə yaxından tanış olublar.

Festival iştirakçılarına bildirilib ki, Ağbaba-Şörəyel mahalı Azərbaycanın tarixi-coğrafi məkanının ayrılmaz hissələrindən biridir və qədim Oğuz-türk mədəniyyətinin mühüm mərkəzlərindən sayılır. Qeyd olunub ki, bölgənin mədəni simasının formalaşmasında Ağbaba-Çıldır aşıq mühiti mühüm rol oynayıb. Bu mühit əsrlər boyu xalqın milli kimliyinin, mənəvi dəyərlərinin və tarixi yaddaşının qorunaraq gələcək nəsillərə çatdırılmasına xidmət edib.

Festival çərçivəsində Ağbaba-Çıldır aşıq mühitinin görkəmli nümayəndəsi, saz-söz sənətinin tanınmış ustadı Aşıq İsgəndər Ağbabalının anadan olmasının 100 illik yubileyi də qeyd olunub.

Tədbirdə çıxış edən Amasiya Rayon İcmasının sədri, akademik, Əməkdar elm xadimi Abel Məhərrəmov festivalın milli yaddaşın yaşadılması, mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, bu cür təşəbbüslər Qərbi Azərbaycan irsinin təbliği və Böyük Qayıdış ideyasının təşviqi istiqamətində mühüm rol oynayır.

Daha sonra çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ağbaba-Şörəyel mahalının zəngin tarixi-mədəni irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının mühüm vəzifələrdən biri olduğunu bildirib. Onun sözlərinə görə, bu kimi tədbirlər milli yaddaşın yaşadılmasına, Qərbi Azərbaycan həqiqətlərinin geniş təbliğinə və doğma yurd yerlərinə bağlılığın möhkəmləndirilməsinə xidmət edir.

Festivalda çıxış edən Tahir Məmmədov, Hikmət Babaoğlu, Mahirə Hüseynova, Vahid Novruzov, Məhərrəm Qasımlı və Avtandil Ağbaba Ağbaba-Çıldır aşıq məktəbinin Azərbaycan mədəniyyətində tutduğu xüsusi mövqedən, bu irsin qorunmasının əhəmiyyətindən danışıblar.

Festivalın rəsmi hissəsində Qərbi Azərbaycan İcmasının sıralarına yeni qəbul olunan üzvlərə üzvlük vəsiqələri və döş nişanları təqdim edilib. Həmçinin İcmanın fəaliyyətində fəallıq göstərən bir qrup şəxs təşəkkürnamələrlə təltif olunub.

Tədbirin davamında şair-publisist Şəmsi Qoca və şair İmran Güllübulaqlı tərəfindən el-obaya həsr olunan şeirlər əsasında bəstələnmiş mahnılar səsləndirilib. İştirakçılara Şəmsi Qocanın müəllifi olduğu “Əsrin saz yaddaşı: Aşıq İsgəndər Ağbabalı” monoqrafiyası, həmçinin alimlərin, tədqiqatçıların və şairlərin məqalə və şeirlərindən ibarət “Aşıq İsgəndər Ağbabalı – 100” kitabı hədiyyə olunub.

Festivalın bədii hissəsində el sənətkarları Qəşəm İsaoğlu, Telman Gülsehran və Naib çıxış ediblər. Gənclər və ağsaqqalların birgə ifa etdikləri Ağbaba yallısı tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışla qarşılanıb.

Kənd sakinləri çıxışlarında festivalın yüksək səviyyədə təşkil olunmasına görə akademik Abel Məhərrəmova və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədova təşəkkürlərini bildiriblər. Aşıq İsgəndər Ağbabalının ailəsi adından çıxış edən Faxfur Gülməmmədov atasının xatirəsinə göstərilən ehtirama görə təşkilatçılara və qonaqlara minnətdarlığını ifadə edib.

Tədbirin sonunda vurğulanıb ki, “Elləroyuğu” Yaylaq Festivalı Ağbaba-Şörəyel mahalının tarixi yaddaşının yaşadılması, milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm əhəmiyyət daşıyan tədbirlərdən biri kimi yadda qalacaq. Festival həmçinin Qərbi Azərbaycan irsinin təbliği, milli kimliyin möhkəmləndirilməsi və mədəni dəyərlərin yaşadılması baxımından əlamətdar hadisə kimi qiymətləndirilib.

Şamaxıda “Elləroyuğu” Yaylaq Festivalı keçirilib - Ağbaba-Şörəyel irsi yenidən yaşadıldı Şamaxıda “Elləroyuğu” Yaylaq Festivalı keçirilib - Ağbaba-Şörəyel irsi yenidən yaşadıldı Şamaxıda “Elləroyuğu” Yaylaq Festivalı keçirilib - Ağbaba-Şörəyel irsi yenidən yaşadıldı Şamaxıda “Elləroyuğu” Yaylaq Festivalı keçirilib - Ağbaba-Şörəyel irsi yenidən yaşadıldı Şamaxıda “Elləroyuğu” Yaylaq Festivalı keçirilib - Ağbaba-Şörəyel irsi yenidən yaşadıldı Şamaxıda “Elləroyuğu” Yaylaq Festivalı keçirilib - Ağbaba-Şörəyel irsi yenidən yaşadıldı Şamaxıda “Elləroyuğu” Yaylaq Festivalı keçirilib - Ağbaba-Şörəyel irsi yenidən yaşadıldı
Məqalədə: #Elləroyuğu Yaylaq Festivalı #Şamaxı rayon tədbiri #Amasiya rayonu Ağbaba-Şörəyel mahalları #milli-mənəvi dəyərlər #Kəndimizin Tarixi Yaddaşı sərgisi #Aşıq İsgəndər Ağbabalı

Mövzu üzrə digər xəbərlər

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Texnologiya

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu

6 Sentyabr 23:00
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misir

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb

6 Sentyabr 13:56
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.