6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları tamamilə ləğv edib

20 May 2025 14:49
Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları tamamilə ləğv edib

BAKI, AzerVoice

Avropa İttifaqı Suriyaya qarşı sanksiyaların tamamilə ləğv edilməsi ilə bağlı razılığa gəlib.

AzerVoice xəbər verir ki, Fransanın “AFP” agentliyinin məlumatına əsasən, Avropa İttifaqı (Aİ) Suriyaya qarşı bütün iqtisadi sanksiyaların ləğvinə dair razılıq əldə edib.

Rəsmi açıqlamanın günün ikinci yarısında verilməsi gözlənilir.

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın sədrliyi ilə keçiriləcək Xarici İşlər Nazirləri Şurasında sanksiyaların ləğvi rəsmiləşdirilə bilər. Kallas jurnalistlərə açıqlamasında qeyd edib ki, Avropa İttifaqı bu qərarla Suriyada sabitliyin təşviq olunmasını və Əfqanıstandakına bənzər ssenaridən yayınmağı hədəfləyir.

O bildirib ki, üzv ölkələr arasında məsələ ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur: “Hökumətin düzgün istiqamətdə addımlar atıb-atmadığı ilə bağlı narahatlıqlar var. Amma düşünürəm ki, ya rejimə ölkədə sabitlik yaratmaq imkanı veririk, ya da vermirik və bunun nəticələri ola bilər”.

Kallas ABŞ-ın Suriyaya qarşı sanksiyaları ləğv etməsini də müsbət addım kimi qiymətləndirib və Aİ-nin bu məsələdə lider mövqe tutduğunu vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqı Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlayandan sonra rejimə qarşı müxtəlif məhdudlaşdırıcı tədbirlər tətbiq etmişdi. Bunlara səyahət qadağaları, aktivlərin dondurulması, enerji, bankçılıq və nəqliyyat sektorlarına qarşı sektoral sanksiyalar daxil idi. Eyni zamanda, Suriya hökumətinə yaxın şəxslər də sanksiya siyahısına salınmışdı.

Bu ilin fevralında Aİ bəzi sanksiyaları dayandırmaq barədə qərar vermişdi. Bununla belə, Aİ rəsmiləri bildirirlər ki, bu qərarlar “geri dönə biləndir” və Suriyadakı vəziyyət davamlı şəkildə izlənilir.

Məqalədə: #Avropa İttifaqı (Aİ) #Suriya #sanksiya #Kaja Kallas #Suriya sanksiyalarının ləğvi #Sanksiyaların qaldırılması Suriya #Suriya sanksiyaları ləğv edildi

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

4 Sentyabr 15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya

Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb

4 Sentyabr 14:20
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52

Son Xəbərlər

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.