4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

Suriya və İsrail arasında birbaşa danışıqlar aparılıb - KİV

Suriya, İsrail ordusunun ölkənin cənub ərazilərindən geri çəkilməsi ilə bağlı İsraillə birbaşa danışıqlar aparıb.

30 İyun 2025 20:01
Suriya və İsrail arasında birbaşa danışıqlar aparılıb - KİV

BAKI, AzerVoice

Suriya, İsrail ordusunun ölkənin cənub ərazilərindən geri çəkilməsi ilə bağlı İsraillə birbaşa danışıqlar aparıb.

AzerVoice xəbər verir ki, bu barədə Almaniyanın "DPA" agentliyi suriyalı mənbələrə istinadla məlumat verib.

Mənbələrin bildirdiyinə görə, Suriya prezident Əhməd əş-Şəraa İsraillə daha genişmiqyaslı bir sülh sazişi imzalamağa hazır deyil.

Danışıqlarda Suriyanın yüksək vəzifəli nümayəndələri, o cümlədən müdafiə naziri də iştirak edib. Məlumata görə, görüşlər İordaniyada baş tutub.

Şəraa, sabiq prezident Bəşşar Əsədin devrilməsindən sonra İsrailin işğal etdiyi ərazilərdən tamamilə geri çəkilməsini tələb edir və Suriyanın cənubunda təhlükəsizlik zonasının genişləndirilməsinə qəti şəkildə qarşı çıxır.

Bundan əvvəl, Şəraa, Fransa prezidenti Emmanuel Makronla birlikdə Parisdə keçirdiyi son mətbuat konfransında İsraillə dolayı danışıqların vasitəçilər vasitəsilə aparıldığını etiraf edib və bu danışıqların məqsədinin ölkədə sabitliyi təmin etmək olduğunu bildirib.

Xatırladaq ki, İsrail və Suriya 1948-ci ildən bəri rəsmi olaraq müharibə vəziyyətindədir. 1967-ci ildə İsrail tərəfindən işğal edilən və 1981-ci ildə ilhaq olunan Colan təpələri bu münasibətlərdə əsas mübahisə nöqtəsidir.

Bəşşar Əsədin devrilməsindən sonra İsrail bölgəyə əlavə hərbi qüvvələr yerləşdirib və Suriyaya hava hücumlarını davam etdirir.

Məqalədə: #İsrail #Suriya #Colan Təpələri #Suriya İsrail gərginliyi #Suriya İsrail danışıqları #Əhməd əş-Şəraa

Mövzu üzrə digər xəbərlər

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya

Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb

14:20
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

13:52
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

12:51

Son Xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.