Azərbaycan və Rusiya XİN rəhbərləri regional məsələləri müzkirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı zamanı regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib. Tərəflər Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının cari ilin 22 avqust tarixində Həştərxan şəhərində keçirilmiş son iclası barədə fikir mübadiləsi apararaq, iclasın nəticələrini yüksək qiymətləndiriblər.
Əraqçi və Lavrov Avropa üçlüyünün sanksiya təşəbbüsünü rədd edib
İranın xarici işlər naziri Abbas Əraqçi və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında baş tutan telefon danışığında tərəflər bildiriblər ki, Böyük Britaniya, Fransa və Almaniyanın BMT Təhlükəsizlik Şurasının (TŞ) İrana qarşı sanksiyaları bərpa etmək təşəbbüsü qanunsuzdur və bu ölkələrin belə bir səlahiyyəti yoxdur.
İstanbulda əldə edilən təhlükəsizlik prinsiplərini dəstəkləyirik - Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, 2022-ci ildə İstanbulda aparılan danışıqlar zamanı Ukrayna nümayəndə heyətinin təşəbbüsü ilə üzərində razılaşma əldə olunan prinsiplər və təhlükəsizlik təminatları bu gün də aktualdır və Moskva həmin razılaşmaları dəstəkləyir.
Qərb Fələstinin tanınması üçün addım atmır - Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbin Fələstini tanımaqla bağlı mövqeyini sərt tənqid edib. O bildirib ki, bəzi Qərb ölkələri sentyabrda BMT Baş Assambleyasında Fələstini dövlət kimi tanıyacaqlarını bəyan etsələr də, həmin vaxta qədər tanınacaq Fələstin dövləti mövcud olmaya bilər. Lavrov Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya baş naziri Key Starmer və Kanada baş naziri Mark Karninin verdiyi açıqlamaları xatırladaraq, “Əgər həqiqətən də bu qədər faciələr fonunda Fələstini tanımaq niyyətindəsinizsə, niyə bunu indi etmirsiniz, niyə aylarla gözləyirsiniz?” - deyə sual edib. Onun sözlərinə görə, Avropa Yaxın Şərqdə də, Ukraynada da ciddi diplomatik təşəbbüs göstərmir. Eyni zamanda Lavrov Ukrayna məsələsinə də toxunaraq bildirib ki, Rusiya etibarlı təhlükəsizlik təminatlarının hazırlanmasını dəstəkləyir, lakin prosesdə iştirak etmədiyi hər hansı mexanizmi qəbuledilməz hesab edir. O, Ukrayna ilə danışıqlarda nümayəndə heyətlərinin səviyyəsinin artırılması təklifini irəli sürdüklərini də açıqlayıb.
Rusiyanın təhlükəsizliyi olmadan Ukrayna üçün heç bir həll yolu olmayacaq - Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa liderlərinin Rusiyanın təhlükəsizlik maraqlarına məhəl qoymadığını bildirərək, Ukraynada yaşayan rus və rusdilli xalqların hüquqlarına hörmət edilmədən uzunmüddətli razılaşmaların mümkün olmayacağını vurğulayıb. Lavrov müsahibəsində NATO-nun şərqə doğru genişlənməsini və Avropa liderlərinin Rusiyaya qarşı sanksiya siyasətini Ukrayna böhranının əsas səbəbləri kimi qiymətləndirib. O, həmçinin Rusiya təhlükəsizliyinin təmin olunmasının sülh danışıqlarının prioritet şərti olduğunu qeyd edib.
Tramp və Putin danışıqları yekunlaşdırıblar - Kreml
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp danışıqları yekunlaşdırıblar. Mətbuat konfransından sonra iki lider qısa, ayaqüstü söhbətə davam ediblər. Ardınca Putin “Fort-Riçardson” hərbi qəbiristanlığını ziyarət edərək sovet pilotlarının məzarına gül dəstəsi qoyub.
Trampla Putin arasında birgə mətbuat konfransı başlayıb
Tezliklə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın birgə mətbuat konfransı başlayacaq. Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Alyaskada Trampla Putinin görüşü başa çatıb
Alyaskada Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp danışıqlara başlayıblar. Görüş “Elmendorf-Riçardson” hərbi bazasında yerləşən xüsusi otaqda keçirilir. Məkan ənənəyə uyğun olaraq hər iki ölkənin – Rusiya və ABŞ-ın bayraqları ilə bəzədilib.
Putin-Tramp görüşü öncəsi Rusiya heyəti Alyaskaya çatıb
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüş öncəsi Rusiya nümayəndə heyəti ABŞ-ın Alyaska ştatındakı Enkorec (Anchorage) şəhərinə çatıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Tramp-Putin görüşü barədə proqnoz vermirik - Lavrov
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirəcəyi görüş öncəsi danışıqların uğursuzluqla nəticələnə biləcəyi ehtimalına münasibət bildirib. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, Lavrov Alyaskada jurnalistlərin suallarını cavablandırarkən Trampın görüşün uğursuzluqla nəticələnmə ehtimalının 25 faiz olduğunu deməsinə toxunub.
Lavrov və Rubio Tramp-Putin görüşünü müzakirə ediblər
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Fidan və Lavrov Rusiya-Ukrayna danışıqlarını müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb. Tərəflər Rusiya-Ukrayna münaqişəsi kontekstində aparılan danışıqlarla bağlı son vəziyyəti müzakirə ediblər. Qeyd edək ki, iki ölkə arasında diplomatik təmaslar regional və beynəlxalq gündəmin əsas mövzularından biri olaraq davam edir.