Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. AzerVoice xəbər verir ki, məktubda deyilir: "Hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
İstanbulda əldə edilən təhlükəsizlik prinsiplərini dəstəkləyirik - Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, 2022-ci ildə İstanbulda aparılan danışıqlar zamanı Ukrayna nümayəndə heyətinin təşəbbüsü ilə üzərində razılaşma əldə olunan prinsiplər və təhlükəsizlik təminatları bu gün də aktualdır və Moskva həmin razılaşmaları dəstəkləyir.
Putin-Tramp görüşü öncəsi Rusiya heyəti Alyaskaya çatıb
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüş öncəsi Rusiya nümayəndə heyəti ABŞ-ın Alyaska ştatındakı Enkorec (Anchorage) şəhərinə çatıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Tramp-Putin görüşü barədə proqnoz vermirik - Lavrov
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirəcəyi görüş öncəsi danışıqların uğursuzluqla nəticələnə biləcəyi ehtimalına münasibət bildirib. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, Lavrov Alyaskada jurnalistlərin suallarını cavablandırarkən Trampın görüşün uğursuzluqla nəticələnmə ehtimalının 25 faiz olduğunu deməsinə toxunub.
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton danışıqlarını müsbət qiymətləndirib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya Federasiyası Cənubi Qafqazda sabitlik və tərəqqi zonasının yaradılmasında maraqlıdır, eyni zamanda, ən mühüm şərtlərdən biri Azərbaycan ilə Ermənistan arasında münasibətlərin hər iki ölkə xalqlarının maraqlarına uyğun hərtərəfli normallaşmasıdır.
İsrailin Qəzza ilə bağlı planları bölgədəki vəziyyəti gərginləşdirəcək - Rusiya XİN
İsrailin Qəzza zolağı ilə bağlı planları qınama ilə qarşılanır, onların həyata keçirilməsi bölgədəki vəziyyəti daha da gərginləşdirə bilər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Rusiya raket məhdudiyyətlərini artıq qəbul etmir - Peskov
Peskov Moskvada jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, ABŞ-ın bəzi ölkələrə Rusiya ilə ticarəti dayandırmaq üçün təzyiq göstərməsini qanunsuz sayırlar və hər bir suveren dövlətin öz ticarət tərəfdaşını seçmək hüququna malik olduğunu bildiriblər.
Aİ-nin Rusiya ilə əlaqələri kəsməsinin itkisi 1 trilyon avronu keçib - Rusiya XİN
Avropa İttifaqının (Aİ) Rusiya ilə ticarət və enerji əməkdaşlığını dayandırması nəticəsində yaranan ümumi iqtisadi itkilər 1 trilyon avronu ötüb.
Şeybani Lavrovla regional məsələləri müzakirə edəcək
İyulun 31-də Moskvada Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçiriləcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Rusiya İsrailin Suriyaya Hava Hücumlarını Pisləyib
Rusiya Federasiyası Xarici İşlər Nazirliyi İsrailin Suriyaya qarşı həyata keçirdiyi son hava hücumlarını sərt şəkildə pisləyib.
İran infrastrukturunun bərpası üçün ŞƏT ölkələrinə müraciət etməyib - Lavrov
Tehran ABŞ və İsrailin zərbələri nəticəsində dağıdılmış infrastrukturun bərpası üçün Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrə müraciət etməyib.
Rəsmi Moskva Qərb mediasını İran ətrafında siyasi kampaniyada ittiham etdi
Qərb mediasında yayılan Rusiyanın İrana uranın zənginləşdirilməsindən imtina etməyə dair çağırışı ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.