Cənubi Koreya ilə birgə layihələrin inkişaf etdirilməsini prioritet hesab edirik - Bayraktar
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Türkiyə ilə Cənubi Koreya arasındakı ikitərəfli ticarət həcminin 2025-ci il etibarilə 11 milyard dollara çatdığını açıqlayıb. Türkiyə-Cənubi Koreya İqtisadi və Texniki Əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 9-cu iclasında çıxış edən nazir iki ölkə arasındakı münasibətlərin sadəcə iqtisadi deyil, həm də Koreya Müharibəsindən gələn tarixi qardaşlıq bağlarına dayandığını vurğulayıb. O bildirib ki, gələn il diplomatik əlaqələrin qurulmasının 70-ci ildönümü qeyd olunacaq və bu, tərəfdaşlığın daha yüksək mərhələyə daşınması üçün mühüm məsuliyyət yaradır.
Türkiyə və Cənubi Koreya arasında atom elektrik stansiyası ilə bağlı danışıqlar davam edir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya Prezidenti Li Cae Myonqla görüşdən sonra keçirilən birgə mətbuat konfransında iki ölkə arasında strateji əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələrin aparıldığını bildirib.