İsraildə İrana casusluqda şübhəli bilinən 4 nəfər saxlanılıb
İsrailin təhlükəsizlik orqanları İrana casusluqda şübhəli bilinən üç hərbçi və bir mülki şəxsi saxlayıb. Bildirilib ki, onlar İsrail Hərbi Hava Qüvvələrinə məxsus təlim obyektləri də daxil olmaqla bir sıra həssas məkanların görüntülərini çəkərək məlumat ötürməkdə şübhəli bilinirlər.
İranı vurmaq üçün tam hazırıq - İsrailin yeni Hərbi Hava Qüvvələri komandanı
İsrail Hərbi Hava Qüvvələrinin yeni komandanı Umər Tişler Çərşənbə vəzifəsinin icrasına başlama mərasimində bəyan edib ki, yəhudi dövləti lazım gələrsə, İrana qarşı "bütün hava qüvvələrini" istifadə etməyə hazırdır. Tomer Barı bu postda əvəz edən Tişler deyib: "İrandakı hadisələri yaxından izləyirik və ehtiyac yaranarsa, bütün hava qüvvələrimizi şərqə yerləşdirməyə hazırıq".
İsrail Hərbi Hava Qüvvələrində İranın casus şəbəkəsi aşkarlanıb
İsrailin "Kanal 15" televiziyası ordu dairələrindəki mənbələrə istinadən, ölkənin Hərbi Hava Qüvvələri daxilində İranın xeyrinə fəaliyyət göstərən casus şəbəkəsinin ifşa olunduğunu xəbər verib.
ABŞ İsrailə 25 ədəd yeni F-15IA qırıcı təyyarəsinin tədarükünü təsdiqlədi
ABŞ Müdafiə Nazirliyi (Pentagon) İsrailin F-15IA qırıcı təyyarələri proqramı çərçivəsində “Boeing” şirkəti ilə 8,6 milyard dollarlıq müqavilənin bağlandığını açıqlayıb. Müqavilə İsrail Hərbi Hava Qüvvələri üçün 25 ədəd yeni F-15IA təyyarəsinin layihələndirilməsi, inteqrasiyası, sınaqları, istehsalı və təhvil verilməsini, eyni zamanda əlavə 25 təyyarə üçün opsionu əhatə edir.
MOSSAD Livanda gizli əməliyyat keçirdi
İsrailin kəşfiyyat xidməti MOSSAD Livan ərazisində gizli əməliyyat həyata keçirərək Ron Aradın taleyi ilə əlaqəli məlumatlara malik olduğu ehtimal edilən şəxsi qaçırıb. İsrail kəşfiyyatına məxsus agentlər keçmiş ümumi təhlükəsizlik zabiti Əhməd Şükrü gizli əməliyyat çərçivəsində saxlayaraq naməlum istiqamətə aparıblar.