Hörmüz boğazı ətrafında “zarafat” - Müharibənin sərhədləri getdikcə daha da bulanıqlaşır
ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının ABŞ ərazisinə qatılacağı ilə bağlı açıqlaması Vaşinqton tərəfindən sonradan “zarafat” kimi təqdim edilib. ABŞ rəsmisinin bu açıqlamanı düzəltməsi isə onsuz da gərgin olan Yaxın Şərqdə siyasi ritorikanın nə qədər təhlükəli həddə çatdığını bir daha gündəmə gətirib. Dünyanın ən güclü hərbi qüvvəsinə malik ölkəsinin prezidentinin strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ilə bağlı belə açıqlama verməsi beynəlxalq ictimaiyyətdə ciddi suallar yaradıb. Xüsusilə də ABŞ rəhbərinin əvvəlki sərt bəyanatları fonunda hansı açıqlamanın real təhdid, hansının isə siyasi ritorika və ya zarafat olduğunu müəyyənləşdirmək çətinləşir.
Avstriya və Yunanıstan ABŞ-İran danışıqlarında vasitəçiliyə qoşulur
ABŞ və İran arasında danışıqlarda yaranmış durğunluğu aradan qaldırmaq məqsədilə Avstriya və Yunanıstanın da diplomatik təmaslara cəlb edildiyi bildirilir. “The Washington Post”un məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio bu həftə Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisinger və Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis ilə görüşüb və telefon danışığı aparıb. Bundan sonra hər iki nazir İranın xarici işlər naziri Abbas Arakçi ilə telefonla əlaqə saxlayıb.
ASEAN Təhlükəsizlik Forumunda ABŞ, Avropa, Rusiya və Çin nümayəndələri arasında görüş olub
Asiya, Avropa və Şimali Amerikadan olan yüksək səviyyəli diplomatlar Filippinin paytaxtı Manilada keçirilən ASEAN Regional Təhlükəsizlik Forumunda bir araya gəliblər. Görüşdə Yaxın Şərqdə artan hərbi gərginlik, enerji təhlükəsizliyi və regional sabitlik əsas müzakirə mövzuları sırasında yer alır. Forumda ABŞ dövlət katibi Marko Rubio, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas, həmçinin Çin, Yaponiya, Hindistan, Avstraliya, Böyük Britaniya və digər ölkələrin yüksək səviyyəli rəsmiləri iştirak edirlər.
Tramp İrana qarşı yeni hücumdan niyə imtina etdi? – Ağ evdəki müzakirələrin təfərrüatları açıqlanıb
ABŞ Prezidenti Donald Trampın son günlər İranla bağlı yenidən genişmiqyaslı hərbi əməliyyatlara başlamaq imkanını nəzərdən keçirdiyi, lakin son nəticədə diplomatik danışıqların davam etdirilməsinə üstünlük verdiyi bildirilir. ABŞ rəsmilərinin verdiyi məlumata görə, Donald Tramp müdafiə naziri Pit Heqset və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Den Keyn ilə bir sıra görüşlər keçirib. Müzakirələrin əsas mövzusu ABŞ-ın İranla danışıqları dayandıraraq genişmiqyaslı hava zərbələrini bərpa edib-etməməsi olub.
ABŞ Nümayəndələr Palatası İrana qarşı müharibənin dayandırılmasına səs verdi - Bu qərar nəyi dəyişir?
ABŞ Nümayəndələr Palatası Prezident Donald Trumpın İrana qarşı hərbi əməliyyatlarının dayandırılmasını nəzərdə tutan qətnaməni qəbul edib. Qərar münaqişənin dördüncü ayına daxil olduğu və Vaşinqtonla Tehran arasında sülh danışıqlarının dalana dirəndiyi bir vaxtda qəbul olunub.
Müharibənin sonu yaxınlaşır? Trampdan yeni açıqlama
ABŞ Prezidenti Donald Trump müharibənin uzun çəkməyəcəyini və onun başa çatmasından sonra neft qiymətlərinin düşərək inflyasiyanın azalacağını bildirib. O, enerji bazarında böyük “neft axını” yaranacağını və fond bazarlarında yüksəliş gözləndiyini vurğulayıb.
Hakan Fidan: ABŞ Və İran razılaşmaya nail ola bilər
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasında müharibənin dayandırılması üçün kifayət qədər siyasi iradənin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, tərəflər arasında daimi razılaşma mümkündür və gərginliyin artması həm regional sabitlik, həm də qlobal iqtisadiyyat üçün ciddi risk yaradır.