Bakı. AzerVoice:
Türkiyənin Başakşehir vilayətində vətəndaş dərnəyinə silahlı basqın edilib.
AzerVoice xəbər verir ki, silahlı hücum nəticəsində beş nəfər yaralanıb.
Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib.
Yaralılar tibb işçiləri tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra ətraf xəstəxanalara çatdırılıb.
Polis qrupları dərnəkdə araşdırma apararkən çoxlu sayda boş patron aşkarlayıb.
Məlumat üçün qeyd edək ki, şübhəlilərin tutulması üçün araşdırmalara başlanılıb.
Hafiz Rufizoğlu