10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

KAAN layihəsi Türkiyə və İndoneziya üçün yeni əməkdaşlıq dövrüdür- Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan milli döyüş təyyarəsi KAAN-ın İndoneziyaya ixracı ilə bağlı tarixi razılaşmanı ictimaiyyətə açıqlayıb.

11 İyun 2025 14:15
KAAN layihəsi Türkiyə və İndoneziya üçün yeni əməkdaşlıq dövrüdür- Ərdoğan

BAKI, AzerVoice

Prezident Rəcəb Tayyib Ərdoğan milli döyüş təyyarəsi KAAN-ın İndoneziyaya ixracı ilə bağlı tarixi razılaşmanı ictimaiyyətə açıqlayıb.

AzerVoice xəbər verir ki, prezidentin sözlərinə görə, müqavilə çərçivəsində Türkiyədə 48 ədəd KAAN təyyarəsi istehsal ediləcək və bu təyyarələr İndoneziyaya ixrac olunacaq.

Ərdoğan sosial media hesabında paylaşdığı açıqlamada razılaşmanın həm Türkiyə, həm də İndoneziya üçün mühüm əməkdaşlıq nümunəsi olduğunu bildirib. O, KAAN-ın istehsalında İndoneziyanın yerli imkanlarından da istifadə ediləcəyini qeyd edərək, müqavilənin müdafiə sənayesində yeni mərhələ olduğunu vurğulayıb.

Prezident həmçinin sazişin imzalanmasında göstərdiyi təşəbbüsə görə İndoneziya Prezidenti Prabowo Subiantoya təşəkkür edib və layihədə iştirak edən qurumları, xüsusilə Müdafiə Sənayesi Başçılığı və TUSAŞ-ı təbrik edib.

Müdafiə Sənayesi Başçısı Prof. Dr. Haluk Görgün də məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, Türkiyə özünün 5-ci nəsil döyüş təyyarəsini dost ölkələrlə paylaşma mərhələsinə çatıb və KAAN layihəsi birgə istehsal, texnologiya mübadiləsi və strateji əməkdaşlıq baxımından əlamətdar hadisədir.

Görgün əlavə edib ki, KAAN – Türk mühəndisliyinin və milli aviasiya tarixinin simvoluna çevrilməkdədir. TUSAŞ tərəfindən istehsal edilən və 21 fevral 2024-cü ildə ilk uçuşunu həyata keçirən KAAN 8 min fut yüksəklik və 230 knot sürətə çatıb. 21 metr uzunluğa, 14 metr qanad eninə və 6 metr hündürlüyə malik olan KAAN-ın maksimal sürəti 1,8 Mach-dır.

Türkiyə, İndoneziyaya 48 Ədəd Döyüş Təyyarəsi Satacaq

Qeyd edək ki, KAAN-ın 2028-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilməsi planlaşdırılır. Layihə çərçivəsində ilkin mərhələdə 6 prototip istehsal olunacaq və 2030-cu illərdə yerli mühərriklərlə təchiz ediləcək. Turkish Aerospace Industries-in (TUSAŞ) baş direktoru Mehmet Demiroğlu 2034-cü ilə qədər 500-ə yaxın KAAN, HÜRJET və HÜRKUŞ təyyarəsinin istehsal olunacağını açıqlayıb.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #TUSAŞ #KAAN #Türkiyə müdafiə sənayesi #Türkiyə Silahlı Qüvvələri #Haluk Görgün #İndoneziya #Türkiyə və İndoneziya münasibətləri #Müdafiə sənayesində ixrac uğurları

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

9 Sentyabr 10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
9 Sentyabr 21:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.