8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə İran sərhədində tədbirləri gücləndirir - Nazir Gülər

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər qonşu İranda baş verən son hadisələrlə əlaqədar olaraq sərhəd xəttində təhlükəsizlik tədbirlərinin artırıldığını bildirib.

18 İyun 2025 16:37
Türkiyə İran sərhədində tədbirləri gücləndirir -  Nazir Gülər

BAKI, AzerVoice

İranla sərhəddə təhlükəsizlik tədbirləri gücləndirilir.

AzerVoice xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər qonşu İranda baş verən son hadisələrlə əlaqədar olaraq sərhəd xəttində təhlükəsizlik tədbirlərinin artırıldığını bildirib.

Nazir bu açıqlamanı Van bölgəsindəki 6-cı Sərhəd Briqadasına səfəri zamanı verib.

Səfər çərçivəsində Baş Qərargah rəisi ordu generalı Metin Gürak və digər yüksək rütbəli hərbi rəhbərlərlə birgə 4-cü Sərhəd Taburu Komandanlığında yoxlamalar aparılıb. Daha sonra 3-cü Ordu Komandanlığı ilə video-konfrans keçirilib və bölgədəki təhlükəsizlik durumu qiymətləndirilib.

Nazir Gülər bildirib ki, İsrailin İrana qarşı həyata keçirdiyi son hücumlar bölgədə gərginliyi artırıb və Türkiyə bu prosesləri yaxından izləyir. Onun sözlərinə görə, ölkənin təhlükəsizliyinə yönəlmiş istənilən riski neytrallaşdırmaq üçün sərhədlərdə əlavə tədbirlər görülür.

“Terrorla mübarizədə əldə etdiyimiz uğurlarla yanaşı, sərhədlərimizin təhlükəsizliyini yeni risklərə uyğun şəkildə daim təkmilləşdiririk. Bu il yalnız sərhəd keçməyə çalışan 38 min 835 nəfərin qarşısı alınıb, 83 terrorçu və 2 min 664 qeyri-qanuni miqrant saxlanılıb,” – deyə nazir vurğulayıb.

O, həmçinin Türkiyənin müdafiə sənayesində atdığı yerli və milli addımlarla “Türkiyə əsri” hədəflərinə doğru strateji irəliləyiş etdiyini bildirib. Nazirə görə, milli döyüş təyyarəsi KAAN və digər texnoloji layihələr ölkənin müdafiə qabiliyyətini yeni mərhələyə daşıyacaq.

Qeyd edək ki, Türkiyə sərhəd xəttində 8 sərhəd briqadası və 60 minə yaxın şəxsi heyətlə təhlükəsizlik tədbirlərini davam etdirir.

Məqalədə: #Türkiyə #İran #Türkiyənin Milli Müdafiə nazirliyi #Türkiyə müdafiə sənayesi #Yaşar Gülər #İran və İsrail gərginliyi #İran İsrail münasibətləri #Türkiyə Əsri vizyonu #İsrail İran hücumu #İran-İsrail qarşıdurması

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
15:29
Səudiyyə Ərəbistanında qeyri-neft sektoru ikinci rübdə 0,9 faiz artıb
Səudiyyə Ərəbistanında qeyri-neft sektoru ikinci rübdə 0,9 faiz artıb
15:26
Səudiyyə Ərəbistanı xaricdə həyata keçirilən işləri ölkə daxilində görməyi planlaşdırır
Səudiyyə Ərəbistanı xaricdə həyata keçirilən işləri ölkə daxilində görməyi planlaşdırır
15:20
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
14:48
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.