6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə-Çin Media Forumunda Altun sülh və əməkdaşlıq mesajı verib

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Direktoru Fahrettin Altun “Türkiyə-Çin Media Forumu” çərçivəsində çıxış edərək, qlobal miqyasda həqiqət və ədalət mərkəzli yanaşmanın zəruriliyinə diqqət çəkib.

2 İyul 2025 14:20
Türkiyə-Çin Media Forumunda Altun sülh və əməkdaşlıq mesajı verib

BAKI, AzerVoice

Dünya sülhü üçün həqiqət və ədalət əsaslı media anlayışı önəmlidir.

AzerVoice xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Direktoru Fahrettin Altun “Türkiyə-Çin Media Forumu” çərçivəsində çıxış edərək, qlobal miqyasda həqiqət və ədalət mərkəzli yanaşmanın zəruriliyinə diqqət çəkib.

O, Prezident Rəcəb Tayyib Ərdoğanın “Daha ədalətli dünya” çağırışını hər platformada uca səslə dilə gətirdiyini vurğulayıb.

Altun bildirib ki, dünyada artan qeyri-müəyyənliklər və münaqişələr fonunda Türkiyə sabitləşdirici güc kimi “hamı üçün sülh və firavanlıq” uğrunda çalışır. O, Türkiyənin Çinlə əlaqələrinin mədəni və tarixi bağlar üzərində qurulduğunu və medianın bu əlaqələrin möhkəmlənməsində önəmli rol oynadığını qeyd edib.

Çıxışında Altun medianın yalnız məlumat ötürən deyil, həm də mənanı formalaşdıran bir güc olduğunu vurğulayıb. “Dezinformasiya, qütbləşmə və süni məzmun manipulyasiyası qlobal bir problemdir. Bu səbəbdən biz, beynəlxalq media həmrəyliyi və doğru informasiya paylaşımı üçün əməkdaşlığı gücləndirməliyik.”- deyə o qeyd edib.

Altun, rəqəmsal diplomatiya və strateji kommunikasiya sahəsində atılan addımların, xüsusilə Çinlə qarşılıqlı təcrübə və məlumat mübadiləsinin, bu istiqamətdə önəmli töhfələr verdiyini qeyd edib. O əlavə edib ki, iki ölkə arasında media sahəsindəki əməkdaşlıq təkcə informasiya deyil, sülh və mədəni yaxınlaşma baxımından da strateji əhəmiyyət daşıyır.

“Biz birlikdə, insan ləyaqətinə əsaslanan, həqiqəti önə çıxaran və dezinformasiyaya qarşı dayanıqlı media ekosistemi qurmaq üçün çalışmağa davam edəcəyik.” - deyə Altun çıxışını belə yekunlaşdırıb.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #dezinformasiya #MEDİA #sosial media #Fahrettin Altun #Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi #dezinformasiya ilə mübarizə Türkiyə

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.