5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Əminə Ərdoğan Papa XIV Leo ilə Qəzza, iqlim və sülhü müzakirə edib

Əminə Ərdoğan Vatikan səfərində Papa XIV Leo ilə Qəzza, iqlim və ailə dəyərlərini müzakirə edib

2 İyul 2025 17:05
Əminə Ərdoğan Papa XIV Leo ilə Qəzza, iqlim və sülhü müzakirə edib

BAKI, AzerVoice

Əminə Ərdoğan Vatikan səfərində Papa XIV Leo ilə Qəzza, iqlim və ailə dəyərlərini müzakirə edib

AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Vatikanda Papa Sosial Elmlər İnstitutunda keçirilən “Qardaşlığa əsaslanan iqtisadiyyat: Etik çoxtərəflilik” tədbiri çərçivəsində katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı Papa XIV Leo ilə görüşüb.

Vatikan Apostol Sarayında baş tutan görüşdə Qəzzada baş verən humanitar faciə, iqlim dəyişikliyi ilə mübarizə, islamofobiya, irqçilik və ailə institutunun cəmiyyətdəki rolu kimi mövzular müzakirə olunub.

Əminə Ərdoğan Papa XIV Leo-nu yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib və onun missiyasının xristian dünyası üçün faydalı olmasını arzulayıb. Qəzza mövzusunda danışan Ərdoğan, bölgədə daimi atəşkəsin təmin edilməsinin və humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayaraq, xristian dünyasının bu məsələdə daha güclü mövqe sərgiləməsinin əhəmiyyətini bildirib. O, iki dövlətli həllin reallaşmasının vacibliyini və Fələstin Dövlətini tanıyan ölkələrin sayının artırılmasının gərəkdiyini də qeyd edib.

Papa XIV Leo isə Vatikanın Yaxın Şərqdə həllin bir hissəsi olma prinsipinə sadiq olduğunu və iki dövlətli sülh planını dəstəklədiklərini bildirib. O, Türkiyənin regionda sülh və sabitlik baxımından mühüm səs olduğunu vurğulayıb və ilk xarici səfərlərindən birini Türkiyəyə etməyi planlaşdırdıqlarını açıqlayıb.

İqlim dəyişikliyi ilə bağlı Ərdoğan “Sıfır Tullantı” hərəkatı barədə məlumat verərək, Papa XIV Leo-nu bu təşəbbüsə dəstək verməyə çağırıb. Papa isə iqlim böhranı ilə bağlı birgə işləmək yollarını axtarmağa hazır olduqlarını deyib.

Görüşdə islamofobiya və irqçilik meyllərinə qarşı ortaq mövqe sərgiləməyin vacibliyi, ailənin sosial nizam və fərdi rifahda rolu da geniş müzakirə olunub. Əminə Ərdoğan bildirib ki, Türkiyə bu sahələrdə çoxmillətli və fərqli inanc icmalarının birgə yaşadığı örnək bir ölkədir və azlıqların hüquqlarının qorunması üçün qanunvericilikdə mühüm addımlar atılıb.

Görüşlə bağlı sosial media hesabında paylaşım edən Əminə Ərdoğan , “Qəzzada humanitar faciənin dayandırılması və sülhün bərqərar olunması üçün Vatikanın və xristian dünyasının daha qətiyyətli addımlar atacağına inanıram”- deyə qeyd edib.

Məqalədə: #Türkiyə #Fələstin #Qəzza zolağı #islamafobiya #Əminə Ərdoğan #Roma papası #irqçilik #Vatikan #Qəzzada humanitar böhran #Ailə institutunun zəifləməsi #Vatikan Türkiyə münasibətləri #Papa XIV Leo #yeni seçilmiş Roma Papası

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.