8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə 6 ayda 15 mindən çox zəlzələ olub

Bu ilin yanvar-iyun aylarında Türkiyədə ümumilikdə 18 min 191 zəlzələ baş verib.

9 İyul 2025 13:00
Türkiyədə 6 ayda 15 mindən çox zəlzələ olub

BAKI, AzerVoice

Türkiyədə 2025-ci ilin ilk yarısında saatda 4 zəlzələ qeydə alınıb.

AzerVoice xəbər verir ki, bu ilin yanvar-iyun aylarında Türkiyədə ümumilikdə 18 min 191 zəlzələ baş verib.

Bu isə orta hesabla saatda 4, gündə isə 100 yeraltı təkan deməkdir. Məlumatı Gazi Universitetinin Fəlakətlərin İdarə Edilməsi üzrə mütəxəssisi, dosent Dr. Bülent Özmen açıqlayıb.

Özmen qeyd edib ki, bu göstərici illik orta rəqəmlərə yaxındır və seysmik aktivliyin artmasında Santorini və Amorgos adaları ətrafında baş verən zəlzələ fırtınaları, eləcə də 23 aprel tarixində İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ əsas rol oynayıb.

Ən çox zəlzələlər Muğla, Malatya, Kütahya, Kahramanmaraş və İstanbulda qeydə alınıb. Bu təkanlar nəticəsində 2 nəfər həyatını itirib, 452 nəfər yaralanıb.

Dr. Özmen xəbərdarlıq edib ki, Marmara bölgəsində, xüsusən də İstanbul yaxınlığında yerləşən Şimali Anadolu Qırığının həm şimal, həm də cənub qolları ciddi risk daşıyır. Gəmlik və Silivri sahillərindəki zəlzələlər bu riski bir daha təsdiqləyib.

Onun sözlərinə görə, zəlzələlərin Konya və Ankara kimi bölgələrdə də aktiv daxili qırılmalar nəticəsində baş verməsi Orta Anadolu bölgəsinin də təhlükədə olduğunu göstərir.

Qeyd edək ki, mütəxəssislər İstanbul və Marmara bölgəsində baş verə biləcək 7 və ya daha yüksək bal gücündə zəlzələnin Kahramanmaraş zəlzələlərindən iki-üç dəfə daha dağıdıcı ola biləcəyi barədə xəbərdarlıq edirlər. Bu səbəbdən, zəlzələ risklərinin azaldılması istiqamətində işlərin sürətləndirilməsi tələb olunur.

Məqalədə: #Türkiyə #zəlzələ #Mərmərə zəlzələsi #Zəlzələ Xəbərləri #Zəlzələ diplomatiyası #Zəlzələlərin siyasi təsiri #Türkiyədə zəlzələ 2025 #Türkiyənin aktiv zəlzələ zonaları

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.