8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Silahların təhvil verilməsi ilə yeni dövr başlayır - Bahçeli

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli separatçı terror təşkilatı PKK-nın özünü ləğv etməsi və silahı yerə qoyması ilə bağlı yazılı açıqlama yayıb.

11 İyul 2025 14:15
Silahların təhvil verilməsi ilə yeni dövr başlayır - Bahçeli

BAKI, AzerVoice

Türkiyə terror bəlasından qurtuluş astanasındadır.

AzerVoice xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli separatçı terror təşkilatı PKK-nın özünü ləğv etməsi və silahı yerə qoyması ilə bağlı yazılı açıqlama yayıb.

Bahçeli bu qərarı “yarım əsrə yaxın davam edən zorakılıq və vəhşiliyin sonu” kimi qiymətləndirib.

O bildirib ki, 27 fevral İmralı bəyanatından sonra başlanan “Sülh və Demokratik Cəmiyyətə Çağırış” prosesinə uyğun olaraq PKK 2025-ci ilin mayında 12-ci qurultayını keçirərək silahı yerə qoymaq qərarını rəsmiləşdirib. Onun sözlərinə görə, “qurucu rəhbərlik bu dəfə sözünün üstündə durub və regional təhlükələri vaxtında qiymətləndirib”.

MHP lideri eyni zamanda Demokratik Bərabərlik və Demokratiya Partiyasının (DEM) da bu prosesdə balanslı və məsuliyyətli mövqe sərgilədiyini vurğulayıb. “DEM Partiyası min illik qardaşlığın tərəfində dayandı”, – deyə Bahçeli qeyd edib.

Devlet Bahçeli “Terrorsuz Türkiyə” hədəfinin artıq dövlət siyasətinə çevrildiyini, prezident Rəcəb Tayyib Ərdoğan və hökumətin bu məsələdə qətiyyətli iradə ortaya qoyduğunu bildirib. O, Milliyyətçi Hərəkat Partiyası və Xalq İttifaqının bu müddətdə heç bir təxribata uymadan mövqeyini qoruduğunu da vurğulayıb.

“Təxribat yaratmaq istəyənlər olsa da, silahların təhvil verilməsi ilə yeni dövr başlayır. Terrorsuz Türkiyə firavanlığın, milli birliyin və sülhün əsas təminatçısı olacaq”, – deyə o, çıxışını tamamlayıb.

Qeyd edək ki, bu gün Süleymaniyyədə PKK-nın ilk silah buraxma mərasimi keçirilib və prosesin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.

Məqalədə: #Türkiyə #PKK #Devlet Bahçeli #Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) #PKK terror təşkilatı #PKK\ #PKK terrorçuları #Abdullah Öcalan son açıqlaması #PKK-nın silahları yerə qoyması #Abdullah Öcalanın çağırışı #DEM partiyası

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.