6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İstanbulda korrupsiya əməliyyatında 100-ə yaxın şəxs həbs olunub

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan korrupsiya istintaqı çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq rəhbəri Əkrəm İmamoğlu da daxil olmaqla 312 nəfər barəsində istintaq tədbirləri görülüb.

16 İyul 2025 10:31
İstanbulda korrupsiya əməliyyatında 100-ə yaxın şəxs həbs olunub

BAKI, AzerVoice

İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiya istintaqı çərçivəsində 97 nəfər həbs edilib, 312 nəfər şübhəli qismində dindirilib.

AzerVoice xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan korrupsiya istintaqı çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq rəhbəri Əkrəm İmamoğlu da daxil olmaqla 312 nəfər barəsində istintaq tədbirləri görülüb.

Onlardan 97 nəfəri həbs edilib, 206 nəfər isə məhkəmə nəzarəti altında saxlanılır.

İstintaq, 2023-cü ildə CHP-nin İstanbul qərargahında lentə alınan “pul sayma görüntüləri” ilə başlayıb. İfadə verən şahidlər, bəzi iş adamlarının qanunsuz yolla ödənişə məcbur edildiyini və tender saxtakarlığı vasitəsilə qeyri-qanuni gəlir əldə edildiyini iddia ediblər. Prokurorluq tərəfindən “cinayətkar təşkilat yaratmaq”, “rüşvət alma”, “dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə olunması” və digər maddələrlə istintaq aparılır.

Xatırladaq ki, Əkrəm İmamoğlu, 2025-ci il martın 23-də vəzifəsindən uzaqlaşdırılıb və “cinayətkar təşkilata rəhbərlik etmək”, “rüşvət alma” və “tender saxtakarlığı” ittihamları ilə həbs edilib. Bundan sonra müxtəlif tarixlərdə keçirilən yeddi əməliyyatda ümumilikdə 303 nəfər saxlanılıb.

İstintaq çərçivəsində bələdiyyəyə bağlı müxtəlif qurumların rəhbərləri və əməkdaşları, o cümlədən bələdiyyə şirkətləri rəhbərləri, mətbuat və reklam sahəsində çalışan şəxslər də saxlanılıb. Həmçinin İmamoğlunun yaxın çevrəsinə daxil olan şəxslər, o cümlədən mühafizəçiləri və şəxsi katibi də istintaqa cəlb edilib.

Cinayət işində adları keçən şəxslər arasında İBB-nin sabiq mətbuat və ictimaiyyətlə əlaqələr rəhbərləri, törəmə şirkətlərin direktorları və bir neçə keçmiş millət vəkili də yer alır. İstintaq çərçivəsində ifadə verərək 39 nəfər azadlığa buraxılıb.

Qeyd edək ki, 2023-cü ildə CHP-nin qərargahında yayılan pul sayma görüntüləri ilə əlaqəli başlanan istintaq çərçivəsində mart ayından bəri aparılan əməliyyatlarda İmamoğlu ilə yanaşı, Beylikdüzü və Böyükçekmece bələdiyyələrinin rəhbərləri və onların müavinləri də daxil olmaqla çox sayda şəxs barəsində istintaq davam edir. Hazırda hüquq-mühafizə orqanları əlavə 9 şübhəlinin tutulması istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

Məqalədə: #Türkiyə #İstanbul #Əkrəm İmamoğlu #İstanbul Baş Prokurorluğu #korrupsiya #İstanbul Böyükşəhər Bələdiyyəsi #korrupsiya iddiaları #Korrupsiya ittihamları

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.