6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Orta Dəhlizdə yükdaşıma həcmi Türkiyə-Qazaxıstan əməkdaşlığı ilə güclənəcək

Türkiyə Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu Türkiyə ilə Qazaxıstan arasında Orta Dəhlizdə imzalanan dəmir yolu müqaviləsinin yük daşımalarının həcmini və xidmət keyfiyyətini artırmaq məqsədi daşıdığını açıqlayıb.

31 İyul 2025 12:50
Baku
Orta Dəhlizdə yükdaşıma həcmi Türkiyə-Qazaxıstan əməkdaşlığı ilə güclənəcək

BAKI, AzerVoice

Türkiyə Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu Türkiyə ilə Qazaxıstan arasında Orta Dəhlizdə imzalanan dəmir yolu müqaviləsinin yük daşımalarının həcmini və xidmət keyfiyyətini artırmaq məqsədi daşıdığını açıqlayıb.

AzerVoice xəbər verir ki, Türkiyə və Qazaxıstan arasında imzalanan “Orta Dəhliz Dəmir Yolu Marşrutu ilə Yük Daşımaları üçün Əməkdaşlıq və İş İnkişafı Sazişi” marşrut üzrə yük daşımalarının artırılmasına yönəlib.

Nazir Abdulkadir Uraloğlu bildirib ki, müqavilə Qazaxıstan Dəmir Yolları İdarə Heyətinin sədri Talqat Aldıbergenov, Türkiyə Dövlət Dəmir Yolları baş direktoru Ufuk Yalçın və Loguraacif A.Ş.-nin iştirakı ilə imzalanıb.

Nazir qeyd edib ki, iki ölkə arasında müntəzəm blok qatar xidmətləri fəaliyyətə başlayacaq, Bakı-Tbilisi-Qars və Çin-Avropa dəmir yolu xətti ilə yük daşımaları artacaq, marşrutlarda rəqabətədavamlı tariflər formalaşdırılacaq və multimodal logistika infrastrukturları gücləndiriləcək.

Uraloğlu həmçinin Orta Dəhlizin rəqəmsallaşması, gömrük prosedurlarının asanlaşdırılması və ortaq investisiyalar sahəsində də əməkdaşlığın inkişaf etdirildiyini bildirib.

Nazir əlavə edib ki, bu strateji tərəfdaşlıq həm Türkiyə, həm də Qazaxıstanın qlobal logistika rolunu gücləndirəcək, Orta Dəhlizin rəqabət qabiliyyətini artıracaq və regional iqtisadi inteqrasiyanı dəstəkləyəcək.

Məqalədə: #Türkiyə #Qazaxıstan #Abdulkadir Uraloğlu #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Orta Dəhliz #yük daşıma #Türkiyə yük daşımaları

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.