7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə ilə Qabon arasında bir neçə saziş imzalanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qabon Prezidenti Bris Kloter Oliqi Nqemanın iştirakı ilə iki ölkə arasında bir neçə saziş imzalanıb. İmzalanma mərasimində həmçinin türkiyəli və qabonlu nazirlər də iştirak ediblər.

31 İyul 2025 21:02
Türkiyə ilə Qabon arasında bir neçə saziş imzalanıb

BAKI, AzerVoice, Səməd Əyyubov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qabon Prezidenti Bris Kloter Oliqi Nqemanın iştirakı ilə iki ölkə arasında bir neçə saziş imzalanıb.

AzerVoice xəbər verir ki, bu çərçivədə "Türkiyə Hökuməti ilə Qabon Respublikası Hökuməti arasında Hərbi Təhsil üzrə Əməkdaşlıq Sazişi", "Hərbi Sağlamlıq Sahəsində Təhsil və Əməkdaşlıq Protokolu" və "Nağd Yardımın Tətbiqi Protokolu" Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər və Qabonun Müdafiə naziri Briqit Onkanova tərəfindən imzalanıb.

"Türkiyə Respublikası Hökuməti ilə Qabon Respublikası Hökuməti arasında Enerji Sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar və Qabonun Su və Enerji Təchizatı naziri Filipp Tonanqoye imzalayıb.

"Türkiyə Respublikası Hökuməti ilə Qabon Respublikası Hökuməti arasında Hidrokarbonlar Sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu da Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar və Qabonun Neft və Qaz naziri Sosten Nqema imzalayıb.

"Türkiyə Respublikası Hökuməti ilə Qabon Respublikası Hökuməti arasında Mədənçilik Sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu" isə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar və Qabonun Xarici İşlər naziri Mişel Rejis Onanqa Ndiaye tərəfindən imzalanıb.

"Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi ilə Qabon Respublikasının Xarici İşlər Nazirliyi arasında Protokol Sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu" və "Təhsil, Peşə, Texniki Təhsil və Tədris Sahələrində Əməkdaşlıq Sazişi"ni isə Türkiyənin xarici işlər naziri Hakan Fidan və Qabonun xarici işlər naziri Mişel Rejis Onanqa Ndiaye imzalayıb.

Qeyd edək ki, Nqema Türkiyəyə rəsmi dövlət səfəri çərçivəsində gəlib və Ankarada Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezident Kompleksində rəsmi mərasimlə qarşılanıb.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #Alparslan Bayraktar #Yaşar Gülər #Türkiyə Milli Müdafiə Nazirliyi #Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi #İbrahim Sazişlərinin təsiri #Qabon #Türkiyə və Qabon #Ərdoğan Nqema görüşü #Enerji sahəsində əməkdaşlıq #Saziş imzalanması #Türkiyə və Qabon arasında hərbi təhsil əməkdaşlıq sazişi #Türkiyə ilə Qabon arasında enerji və hidrokarbon sazişi #Ərdoğan və Bris Nqemanın rəsmi görüşü #Qabon Prezidentinin Türkiyəyə səfəri zamanı imzalanan razılaşmalar #Qabon və Türkiyə arasında mədənçilik sahəsində anlaşma #Türkiyə ilə Qabon arasında təhsil sahəsində əməkdaşlıq #Ankarada Türkiyə və Qabon arasında diplomatik protokol sazişi #Qabon Prezidenti Ərdoğan tərəfindən Prezident Kompleksində qarşılandı #Qabonun müdafiə və enerji nazirləri ilə Türkiyə nazirləri arasında görüş #Hakan Fidan və Mişel Onanqa arasında saziş imzalandı

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30

Son Xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.