9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ərdoğan ilə Zelenski arasında ikitərəfli münasibətlər müzakirə olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

12 Avqust 2025 18:02
Ərdoğan ilə Zelenski arasında ikitərəfli münasibətlər müzakirə olunub

BAKI, AzerVoice, Səməd Əyyubov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, söhbət zamanı Türkiyə ilə Ukrayna arasındakı ikitərəfli münasibətlər, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan, İstanbulda keçirilən Ukrayna–Rusiya danışıqlarında əldə olunan irəliləyişi qiymətli hesab etdiklərini, növbəti mərhələlərdə atəşkəsə dair əhəmiyyətli nəticələrin əldə olunmasının daimi sülh yolunda mühüm olacağına ümid etdiyini bildirib.

O, Türkiyənin liderlər səviyyəsində görüşə ev sahibliyi etməyə hazır olduğunu, hərbi, humanitar və siyasi sahələrdə işçi qruplarının yaradılmasının bu sammitə gedən yolu aça biləcəyinə inandıqlarını bildirib. Ərdoğan, Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların 2-ci turu iyunun 2-də İstanbulda baş tutub. Danışıqlar nəticəsində tərəflər hər tərəfdən 6 min hərbçinin meyitinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı razılığa gəlmişdi.

İyulun 23-də isə, danışıqların üçüncü raundunda heyətlər arasında danışıqlar təxminən 40 dəqiqə davam edib. Bu müddətdə hər iki tərəf təqdim olunan memorandum layihələrindəki mövqeləri müzakirə edib.

Görüş nəticəsində yalnız hərbi əsirlərin deyil, mülki şəxslərin də dəyişdirilməsi barədə razılıq əldə olunub. Həmçinin, Moskva Ukraynaya daha 3 000 ukraynalı hərbçinin cəsədini təhvil verməyə və cəbhə xəttində yaralı və həlak olanların toplanması üçün qısa müddətli humanitar fasilələrin bərpasına çağırıb.

Medinski bildirib ki, danışıqların dördüncü raunduna dair qərar, əldə olunmuş yeni razılaşmaların yerinə yetirilməsindən sonra veriləcək.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Ukrayna #Volodimir Zelenski #Rusiya-Ukrayna münaqişəsi #İkitərəfli əlaqələr #Regional və beynəlxalq məsələlər #İkitərəfli münasibətlər #Telefon danışığı #Rusiya-Ukrayna müharibəsi #Rusiya-Ukrayna müharibəsinin sonu #İkitərəfli münasibətlərin inkişafı #Volodimir Zelenski son xəbərlər #Ukrayna Rusiya müharibəsində vasitəçi #Rusiya Ukrayna danışıqları #Rusiya Ukrayna sülh təşəbbüsü #Türkiyə-Rusiya-Ukrayna vasitəçiliyi

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
09:41
Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
Səudiyyədə mədəniyyətin intellektual təhlükəsizliyin gücləndirilməsində rolu müzakirə olunub
09:26
Səudiyyə Ərəbistanı və Xorvatiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Səudiyyə Ərəbistanı və Xorvatiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
09:23
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
09:00
Saç yağı təqdim edən 6 ərəb brendi
Saç yağı təqdim edən 6 ərəb brendi
08:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.