7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

TCG Anadolu Zəfər Səyahətinə başlayır

Türkiyənin Hərbi Dəniz Qüvvələrinin ən böyük yerli istehsal hərbi gəmisi və dünyanın ilk silahlı İHA-daşıyan flaqmanı TCG Anadolu Çanaqqaladan İstanbulun Sarayburnu bölgəsinə doğru yola çıxıb. Səyahət Malazgirt Zəfərinin 954-cü ildönümü və 30 Avqust Zəfər Bayramı münasibətilə keçirilir və 350 gənc səyahətə qoşularaq milli mübarizə ruhunu yaşamağa dəvət olunub. Gənclər texnologiya və müdafiə sahəsində təqdimatlar və mühazirələrlə məlumatlandırılacaq, bu mühazirələri Milli Müdafiə Universitetinin professor-müəllim heyəti aparacaq.

23 Avqust 2025 12:05
TCG Anadolu Zəfər Səyahətinə başlayır

BAKI, AzerVoice , Nərmin Ağayeva

TCG Anadolu “Zəfər Səyahəti”nə başlayır.

AzerVoice xəbər verir ki, Türkiyənin Hərbi Dəniz Qüvvələrinin ən böyük yerli istehsal hərbi gəmisi və dünyanın ilk silahlı İHA-daşıyan flaqmanı TCG Anadolu Çanaqqaladan İstanbulun Sarayburnu bölgəsinə doğru yola çıxıb.

Səyahət Malazgirt Zəfərinin 954-cü ildönümü və 30 Avqust Zəfər Bayramı münasibətilə keçirilir və 350 gənc səyahətə qoşularaq milli mübarizə ruhunu yaşamağa dəvət olunub. Gənclər texnologiya və müdafiə sahəsində təqdimatlar və mühazirələrlə məlumatlandırılacaq, bu mühazirələri Milli Müdafiə Universitetinin professor-müəllim heyəti aparacaq.

Səyahət zamanı TCG Anadolu ilə yanaşı, TCG Savarona, TCG Oruçreis, TCG İstanbul, TCG Heybeliada, TCG Atak, TCG Alanya, TCG Sancaktar və Hızırreis gəmiləri də iştirak edəcək. İstanbulda Sarayburnunda gəmilər rəsmi mərasimlə qarşılanacaq və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən 21 tüfənglə salam veriləcək.

Səyahət həm milli tarixi dəyərləri canlandırmaq, həm də gəncləri hərbi və müdafiə texnologiyaları sahəsində ruhlandırmaq məqsədini daşıyır.

Məqalədə: #Türkiyə #TCG Anadolu #İstanbul #Türkiyə Hərbi Dəniz Qüvvələri #gəmilər #İHA #30 Avqust - Zəfər Bayramı #TCG Oruçreis #TCG Sancaktar

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30

Son Xəbərlər

Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.