7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Bu il müdafiə sənayesi üzrə dünya reytinqində beş Türkiyə şirkəti yer alıb

Dünyanın ən nüfuzlu müdafiə sənayesi reytinqi sayılan “Defense News Top 100” siyahısında bu il beş Türkiyə şirkəti yer alıb. Siyahıda ASELSAN 43-cü, TUSAŞ 47-ci, Roketsan 71-ci, ASFAT 78-ci, "Makine ve Kimya Endüstrisi" (MKE) isə 80-ci pillədə qərarlaşıb. Şirkətlər arasında ən böyük yüksəlişi ASFAT nümayiş etdirib. Belə ki, şirkət ötən illə müqayisədə 16 pillə irəliləyib.

1 Sentyabr 2025 18:45
Bu il müdafiə sənayesi üzrə dünya reytinqində beş Türkiyə şirkəti yer alıb

BAKI, AzerVoice, Səməd Əyyubov

Dünyanın ən nüfuzlu müdafiə sənayesi reytinqi sayılan “Defense News Top 100” siyahısında bu il beş Türkiyə şirkəti yer alıb.

AzerVoice-un məlumatına görə, siyahıda ASELSAN 43-cü, TUSAŞ 47-ci, Roketsan 71-ci, ASFAT 78-ci, "Makine ve Kimya Endüstrisi" (MKE) isə 80-ci pillədə qərarlaşıb. Şirkətlər arasında ən böyük yüksəlişi ASFAT nümayiş etdirib. Belə ki, ötən illə müqayisədə 16 pillə irəliləyərək diqqət çəkib.

Hər il “Defense News” jurnalı tərəfindən əvvəlki ilin müdafiə satış göstəricilərinə əsasən hazırlanan reytinqdə türk şirkətləri mövqelərini qoruyublar. Onların arasında ən yüksək nəticəni ASELSAN əldə edib. Şirkət 3 milyard 541 milyon 261 min 567 dollarlıq müdafiə gəliri ilə siyahıda 43-cü olub. Keçən il 42-ci yerdə olan ASELSAN bu dəfə bir pillə geriləyib. TUSAŞ ötən ilin 50-ci pilləsindən 47-ci yerə yüksəlib. Roketsan mövqeyini qoruyaraq 71-ci sırada qalıb. Keçən il 94-cü olan ASFAT 78-ci yerə, MKE isə 84-cü yerdən 80-ci pilləyə yüksəlib.

Siyahının ilk onluğunda əsasən ABŞ şirkətləri üstünlük təşkil edib. Lockheed Martin 68 milyard 390 milyon dollarlıq gəlirlə zirvədə qalıb. Onu RTX və China Aerospace Science and Industry Corporation izləyib. İlk onluqda digər yerlər Northrop Grumman (4-cü), General Dynamics (5-ci), BAE Systems (6-cı), Boeing (7-ci), China State Shipbuilding Corporation Limited (8-ci), L3Harris Technologies (9-cu) və Thales (10-cu) şirkətlərinə məxsusdur.

Ümumilikdə, siyahıda ABŞ-dan 48, Böyük Britaniyadan 6, Türkiyə, Fransa və Çindən 5, Almaniyadan 4, Cənubi Koreya və İsraildən isə 3 şirkət yer alıb.

Məqalədə: #Türkiyə #Türkiyə müdafiə sənayesi #Defense News Top 100 #Defense News Top 100 2025 #Türkiyə müdafiə şirkətləri #ASELSAN 2025 #TUSAŞ 2025 #Roketsan 2025 #MKE 2025 #Türkiyə Defense News siyahısı #Türkiyə silah sənayesi #Türkiyə müdafiə ixracı #Türkiyə hərbi sənaye şirkətləri #Türkiyə hərbi texnologiya #Türkiyə müdafiə sənayesi inkişafı #Defense News reytinqi

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30

Son Xəbərlər

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
19:43
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
19:41
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.