8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə 18 ölkənin siyasi partiyaları ilə əməkdaşlıq memorandumu imzalayıb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti), partiyanın Xarici Əlaqələr Şöbəsinin koordinasiyası ilə Rusiya, Çin, Azərbaycan, Cənubi Afrika və Kuba da daxil olmaqla 18 ölkədən 18 siyasi partiya ilə əməkdaşlıq memorandumu imzalayıb. Son dövrlərdə Ədalət və İnkişaf Partiyası bu memorandumlardan Qazaxıstan, Moldova, Monqolustan, Rusiya, Ekvatorial, Cənubi Afrika, Azərbaycan, Kuba, Şimali Kipr Ruanda, Kosova, Kamboca, Çin, Somali, Efiopiya, Cibuti, Özbəkistan ı və Serbiya dövlətlərinin partiyaları ilə imzalayıb.

18 Sentyabr 2025 15:56
Türkiyə 18 ölkənin siyasi partiyaları ilə əməkdaşlıq memorandumu imzalayıb

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti), partiyanın Xarici Əlaqələr Şöbəsinin koordinasiyası ilə Rusiya, Çin, Azərbaycan, Cənubi Afrika və Kuba da daxil olmaqla 18 ölkədən 18 siyasi partiya ilə əməkdaşlıq memorandumu imzalayıb.

AzerVoice xəbər verir ki, son dövrlərdə Ədalət və İnkişaf Partiyası bu memorandumlardan Qazaxıstan, Moldova, Monqolustan, Rusiya, Ekvatorial, Cənubi Afrika, Azərbaycan, Kuba, Şimali Kipr Ruanda, Kosova, Kamboca, Çin, Somali, Efiopiya, Cibuti, Özbəkistan və Serbiya dövlətlərinin partiyaları ilə imzalayıb.

Ədalət və İnkişaf Partiyasının (AK Parti) qarşıdakı dövrdə Venesuela, İndoneziya, Vyetnam, Avstraliya, İraq, Yaponiya, Qambiya, Malayziya, Macarıstan, Tayland, Bolqarıstan, Cənubi Koreya, Meksika və Tanzaniya kimi ölkələrdən siyasi partiyalarla da memoranduma imza atması gözlənilir.

Ədalət və İnkişaf Partiyasının Xarici Əlaqələrdən Məsul sədr müavini Zafer Sırakaya, verdiyi açıqlamada bu əməkdaşlıqların yalnız ikitərəfli əlaqələri inkişaf etdirmək məqsədi daşımadığını, həm də qlobal hadisələrə çoxölçülü və çoxtərəfli töhfə vermək niyyətində olduqlarını bildirib:

“Qloballaşan bir dünyada heç bir ölkə və siyasi partiya öz içinə qapanaraq yaşaya bilməz. Hazırda dünya müharibələr, terror, iqlim dəyişikliyi və köç problemləri kimi çoxsaylı təhdidlərlə üz-üzədir. Bu səbəbdən ortaq vicdan və vizyonla hərəkət etmək zəruridir.”

Sırakaya qeyd edib ki, Türkiyə diplomatiya sahəsində son illərdə mühüm irəliləyişlər əldə edib və yalnız regional deyil, qlobal sülhə də töhfə verir:

“Prezidentimizin liderliyi ilə biz insan mərkəzli, mərhəmət və ədalətə əsaslanan, vicdan yönümlü yanaşmamızı davam etdiririk. Hökumətlər səviyyəsində aparılacaq işlərin əsasını qoymaq üçün bu əlaqələri qurmağa davam edəcəyik.”

Sırakaya bildirib ki, imzalanan əməkdaşlıq memorandumu təkcə əsas siyasi strukturları deyil, partiyaların qadın və gənclik qolları arasında əlaqələri də gücləndirməyi hədəfləyir.

“Son iki ildə təxminən 13 belə memorandum imzalamışıq. Qarşıdakı günlərdə İraq, Vyetnam, Cənubi Koreya, Yaponiya və İndoneziya ilə də görüşlərimiz davam edir və müəyyən mərhələyə çatdıqdan sonra həmin ölkələrlə də razılaşmalar imzalayacağıq.”

Məqalədə: #Azərbaycan #Qazaxıstan #Qırğızıstan #Rusiya #AK Parti #İraq #Moldova #Çin #Vyetnam #Yaponiya #Yeni Azərbaycan Partiyası #Kuba #Qambiya #Kamboca #Efiopiya #malaziya #Ədalət və İnkişaf Partiyası (AKP) #Cibuti\

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər

Qətər və Çin strateji əməkdaşlığı genişləndirir

7 Sentyabr 20:21
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Avto İcmal və Testlər

Ford İraqda yeni rəsmi distribyutor təyin edib

7 Sentyabr 16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.