9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ərdoğan Körfəz turunun son dayanacağı olan Omanda Sultan Heysəm bin Tariqlə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, rəsmi səfərlər çərçivəsində Körfəz turunun son dayanacağı olan Omanın paytaxtı Maskata çatıb. Prezident Ərdoğan, Al Alam Sarayında Oman Sultanı Heysəm bin Tarikqə görüşüb. Körfəz turuna Küveyt səfəri ilə başlayan Ərdoğan, daha sonra Qətərə gedib və son dayanacaq olaraq Omanı ziyarət edib.

23 Oktyabr 2025 11:49
Ərdoğan Körfəz turunun son dayanacağı olan Omanda Sultan Heysəm bin Tariqlə görüşüb

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, rəsmi səfərlər çərçivəsində Körfəz turunun son dayanacağı olan Omanın paytaxtı Maskata çatıb. Prezident Ərdoğan, Al Alam Sarayında Oman Sultanı Heysəm bin Tarikqə görüşüb.

AzerVoice xəbər verir ki, Körfəz turuna Küveyt səfəri ilə başlayan Ərdoğan, daha sonra Qətərə gedib və son dayanacaq olaraq Omanı ziyarət edib.

Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanı Xüsusi Sultanlıq Hava Limanında Oman Sultanı Heysəm bin Tariq, Türkiyənin Maskatdakı səfiri Muhammet Həkimoğlu və səfirlik əməkdaşları qarşılayıblar.

Prezidentlə birlikdə səfərdə Türkiyə xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Güler, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, ticarət naziri Ömər Bolat və digər yüksək vəzifəli şəxslər də iştirak ediblər.

Ərdoğanın təyyarəsinə Oman Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar hava məkanına daxil olduğu andan etibarən müşayiət edib.

Prezidentin Al Alam Sarayına gəlişi zamanı sultanlıq süvariləri və atlı hərbi orkestr rəsmi kortejə bəzək qatıb. Ərdoğanın saraya daxil olması ilə 21 top atəşi açılıb.

Saraydakı rəsmi qarşılanma mərasimində iki ölkənin himnləri səsləndirilib, daha sonra heyət üzvləri bir-birinə təqdim olunub.

Rəsmi mərasimdən sonra Ərdoğan və Heysəm bin Tariq ikilikdə görüş keçiriblər, ardınca isə Prezident Ərdoğanın şərəfinə verilən rəsmi ziyafətdə iştirak ediblər.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Hakan Fidan #Alparslan Bayraktar #Oman #rəsmi səfər #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlər #İkitərəfli münasibətlərin inkişafı #İkitərəfli tariflər #İkitərəfli görüşlər #ikitərəfli görüş #Oman vasitəçiliyi #Heysəm bin Tariq əl-Said

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.