7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Uşaq qatilləri nə Türkiyəni, nə də onun prezidentini təhdid edə bilməz – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında çıxış edərək İsrailə kəskin tənqid edib. Prezident Ərdoğan bildirib ki, heç bir qüvvə Türkiyəni və onun prezidentini təhdid edə bilməz. "Mənim şəxsiyyətimə və ölkəmizə dil uzadan uşaq qatillərinə bir daha xatırladıram ki, Türkiyə sıradan bir dövlət deyil. Biz zalıma zalım, oğruya oğru, qatilə qatil deməyə və Qəzza uşaqlarının səsi olmağa davam edəcəyik."-deyə Ərdoğan çıxışında bildirib.

15 Aprel 2026 20:15
Uşaq qatilləri nə Türkiyəni, nə də onun prezidentini təhdid edə bilməz – Ərdoğan

BAKI,VOA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında çıxış edərək İsrailə kəskin tənqid edib.

VOA xəbər verir ki, prezident Ərdoğan bildirib ki, heç bir qüvvə Türkiyəni və onun prezidentini təhdid edə bilməz.

"Mənim şəxsiyyətimə və ölkəmizə dil uzadan uşaq qatillərinə bir daha xatırladıram ki, Türkiyə sıradan bir dövlət deyil. Biz zalıma zalım, oğruya oğru, qatilə qatil deməyə və Qəzza uşaqlarının səsi olmağa davam edəcəyik."-deyə Ərdoğan çıxışında bildirib.

O vurğulayıb ki, Türkiyə İordan çayının qərb sahilində torpaqları işğal edilmiş fələstinli qardaşlarının hüquqlarını müdafiə etməyə və Livanda yuxuda ikən öldürüldüyünü dediyi uşaqların davasını izləməyə davam edəcək.

Ərdoğan həmçinin İspaniyanın Baş naziri Pedro Sançesi "Qəzza qəssabı"nın (İsrail Baş naziri Benyamin Netanyahunu nəzərdə tutur) təhdidlərinə qarşı nümayiş etdirdiyi qətiyyətli mövqeyinə görə təbrik edib.

Qeyd edər ki, Ərdoğanın İsrailə bu kəskin hücumu Netanyahunun və bəzi nazirlərinin Türkiyə prezidentini hədəf alan bəyanatlarına cavabdır. İsrail rəhbərliyi Türkiyənin Qəzza blokadasını yarmağa çalışan beynəlxalq donanmaya hücumla bağlı Netanyahu da daxil olmaqla 35 İsrail rəsmisinə qarşı ittihamnamə hazırladığını elan etməsindən sonra Ərdoğanı "İran rejimini dəstəkləməkdə" ittiham edərək onu "kağızdan pələng" adlandırmışdı.

Türkiyə Xarici İşlər Nazirliyi də öz növbəsində bəyanat yayaraq bildirib ki, "Netanyahu törətdiyi cinayətlərə görə dövrün Hitleridir" və o, Beynəlxalq Cinayət Məhkəməsində hərbi cinayətlər və soyqırım ittihamı ilə mühakimə olunur; nazirlik həmçinin onun barəsində həbs qərarının olduğunu xatırladıb.
Türkiyə prezidenti bundan əvvəl də İsraili bölgədəki münaqişələri qızışdırmaqda ittiham etmiş və xəbərdarlıq etmişdi ki, bu siyasətlər regionu daha böyük gərginliyə və qeyri-sabitliyə sürükləyə bilər.

Ərdoğan bugünkü çıxışında ABŞ və İran arasındakı atəşkəs məsələsinə də toxunub. O bildirib ki, Türkiyə gərginliyi azaltmaq və əldə olunan razılaşmanın müddətini uzatmaq üçün təmaslar aparır. Ərdoğan vurğulayıb ki, Türkiyə öz vizyonuna uyğun olaraq regionda və dünyada sülhün bərqərar olması üçün bütün imkanlarından istifadə edir.

Bu bəyanatlar ABŞ Prezidenti Donald Trampın "Fox News" telekanalına müsahibəsində "İranla müharibənin başa çatmaq üzrə olduğunu" bildirməsi fonunda verilib.

Ərdoğan əlavə edib ki, bütün çətinliklərə baxmayaraq, Türkiyə ABŞ-İran danışıqlarının davam etdirilməsi ilə bağlı ümidini itirməyib. O, İrana qarşı müharibəni "mənasız" adlandırıb və qeyd edib ki, bu müharibənin uduzan tərəfləri çox olacaq, ədalətli sülhdən isə hamı qazanacaq.

Eyni kontekstdə Ərdoğan İsrailin Livana davam edən hücumlarının regional sülh ümidlərinə zərər verdiyini hesab edərək, Qəzza zolağında və Livanda öldürülən uşaqların hüquqlarını qoruyacağına söz verib.

Hakan Fidanın xəbərdarlığı

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan da bu yaxınlarda bölgədə gərginliyin azaldılması səylərinin genişləndirilməsinin vacibliyini təsdiqləyib. Fidan vurğulayıb ki, ABŞ və İran arasındakı atəşkəs razılaşması Qəzza ilə yanaşı Livanı da əhatə etməlidir. Nazir həmçinin xəbərdarlıq edib ki, İsrail atəşkəs səylərinə və danışıqlar prosesinə mane olmağa çalışır və bu cür addımlara qarşı hazır olmağa çağırıb.

Məqalədə: #Türkiyə #Qəzza #Rəcəb Tayyib Ərdoğan #Benyamin Netanyahu #Qəzza zolağı #Hakan Fidan #Livan #Qəzza hücumu #Qəzza münaqişəsi #İran-ABŞ münasibətləri #Qəzza müharibəsi #Qəzza blokadası #Qəzzanın işğalı #Qəzzanın bərpası 2025 #İran–ABŞ danışıqları #Ədalət və İnkişaf Partiyası (AKP) #ABŞ İran toqquşması

Mövzu üzrə digər xəbərlər

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32

Son Xəbərlər

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
12:06
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
11:49
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
11:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.