7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə ilə Kanada ticarət əməkdaşlığını genişləndirir

Türkiyə ilə Kanada arasında imzalanması planlaşdırılan Azad Ticarət Sazişi (STA) üzrə danışıqların başlanması istiqamətində hazırlıq işlərinə start verilib. Məlumata görə, yay ayları ərzində saziş üzrə danışıqlara hazırlıq məqsədilə geniş və intensiv iş aparılacaq. Türkiyənin Ticarət Nazirliyi danışıq prosesinin dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti təşkilatları və digər maraqlı tərəflərin iştirakı ilə həyata keçirilməsini planlaşdırır.

11 İyul 2026 14:11
Türkiyə ilə Kanada ticarət əməkdaşlığını genişləndirir

BAKI,VOA, Fərid Mikayılov

Türkiyə ilə Kanada arasında imzalanması planlaşdırılan Azad Ticarət Sazişi (STA) üzrə danışıqların başlanması istiqamətində hazırlıq işlərinə start verilib.

VOA xəbər verir ki, bu qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Kanadanın Baş naziri Mark Karninin NATO Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısı çərçivəsində Ankarada keçirdikləri görüşdən sonra qəbul edilib.

Məlumata görə, yay ayları ərzində saziş üzrə danışıqlara hazırlıq məqsədilə geniş və intensiv iş aparılacaq. Türkiyənin Ticarət Nazirliyi danışıq prosesinin dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti təşkilatları və digər maraqlı tərəflərin iştirakı ilə həyata keçirilməsini planlaşdırır.

Bu çərçivədə Türkiyə ilə Kanada arasındakı mövcud ticarət-iqtisadi əlaqələr və mümkün STA ilə bağlı təkliflərin toplanması üçün geniş sorğu ictimaiyyətə təqdim ediləcək. Əldə olunan rəylər əsasında Türkiyənin danışıq mövqeyi formalaşdırılacaq.

Texniki işçi qruplarının fəaliyyətini başa çatdırmasından sonra danışıqların çərçivə sənədi hazırlanacaq və ilk raundun cari ilin son rübündə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən il Türkiyə ilə Kanada arasında xarici ticarət dövriyyəsi 2,74 milyard ABŞ dolları təşkil edib. Türkiyənin Kanadaya ixracı 1,58 milyard dollar, idxalı isə 1,16 milyard dollar olub.

Bu ilin ilk beş ayında isə Türkiyənin Kanadaya ixracı 619,2 milyon dollar, Kanadadan idxalı isə 652,3 milyon dollar səviyyəsində qeydə alınıb.

Xatırladaq ki, iyunun əvvəlində Türkiyənin ticarət naziri Ömər Bolat və Kanadanın beynəlxalq ticarət naziri Maninder Sidhu arasında keçirilən görüşdə enerji, xüsusilə də nüvə energetikası sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də Kanadanın CANDU reaktor texnologiyasının Türkiyənin enerji strategiyasına mümkün töhfəsi də müzakirə olunmuşdu.

Gözlənilir ki, Azad Ticarət Sazişi üzrə danışıqlar müdafiə sənayesi, enerji və digər strateji sahələrdə əməkdaşlığın genişlənməsinə, həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına töhfə verəcək.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Kanada #Mark Karni

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

21:27
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03

Son Xəbərlər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.