7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Misirin Məkkə sazişinə qoşulması mümkündür, Suriyaya səfər edəcəyəm - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsinin bu yaxınlarda Səudiyyə Ərəbistanı və Pakistanla imzaladığı birgə müdafiə müqaviləsinə Misirin də qoşulması mümkündür. Türkiyə lideri ölkəsinin Suriya və Qəzzanı tək qoymayacağını vurğulayaraq, Hörmüz boğazının açılmasının vacibliyini qeyd edib.

15 Avqust 2026 19:42

Misir yaxın zamanda rəsmi tərəfdaşımız olacaq - Hakan Fidan

Ərdoğan Qətərin Əl-Cəzirə telekanalına verdiyi müsahibəsində bildirib ki, Məkkə sazişi gələcəkdə digər dövlətlərin də bu formata daxil olmasına imkan yaradır və Misirin burada iştirakı tamamilə realdır.

Türkiyə Prezidenti əlavə edib ki, bu müqavilə imza atan ölkələrdən hər hansı biri xarici təcavüzə məruz qalarsa, tərəflərin vahid addımlar atmasını nəzərdə tutur və bu addım bütün dünyaya mühüm mesaj göndərib.

Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi? Bunu da oxuyun Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?

Türkiyə rəhbəri regiondakı bir sıra mühüm məsələlərə, o cümlədən Hörmüz boğazındakı gərginliyə, Suriya, Qəzza və Livan böhranlarına toxunub.

Ərdoğan bildirib ki, Türkiyə Hörmüz boğazının yenidən açılmasına üstünlük verir, çünki onun bağlı qalması heç kimin maraqlarına cavab vermir. O həmçinin qeyd edib ki, Qətər regionda müharibənin dayandırılması istiqamətindəki vasitəçilik səylərində mühüm rol oynayıb.

Məkkə Birgə Müdafiə Sazişinə hansı ölkələr qatıla bilər – Prezident Ərdoğan açıqladı Bunu da oxuyun Məkkə Birgə Müdafiə Sazişinə hansı ölkələr qatıla bilər – Prezident Ərdoğan açıqladı

Türkiyə Prezidenti Suriyanın tək qalmayacağını, rəsmi Ankaranın bu ölkənin sabitliyini dəstəkləmək üçün əlindən gələni edəcəyini vurğulayıb və yaxın vaxtlarda Suriyaya səfər edəcəyini bildirib.

O əlavə edib ki, Suriya kürdləri də sülh və sabitlikdən bəhrələnəcəklər və Ankara bölgənin müxtəlif ölkələrində kürdlərlə münasibətləri gücləndirməyə və onların hüquqlarını qorumağa davam edəcək.

"Türkiyə Qəzzanı tək qoya bilməz və onu dəstəkləmək üçün nə lazımdırsa edəcəyik"-deyə Qəzza məsələsinə toxunan Ərdoğan bildirib.

O, HƏMAS-ın öz öhdəliklərinə sadiqlik nümayiş etdirdiyini, İsrailin isə müharibəni davam etdirdiyini diqqətə çatdırıb.

Livanla bağlı vəziyyətə gəlincə, Türkiyə Prezidenti İsrailin Livana davam edən hücumlarının Türkiyə üçün ciddi narahatlıq mənbəyi olduğunu vurğulayıb.

O, ABŞ Prezidenti Donald Trampın Türkiyəyə son səfəri zamanı Livandakı müharibənin dayandırılmasının zəruriliyini müzakirə etdiyini və bu müharibənin dayandırılmasında Vaşinqtonun mühüm rol oynadığını bildirib.

Məkkə sazişi “İslam NATO-su”nun əsasını qoya bilərmi? Bunu da oxuyun Məkkə sazişi “İslam NATO-su”nun əsasını qoya bilərmi?

Ərdoğan həmçinin Türkiyənin Sudana dəstəyini davam etdirəcəyini qeyd edərək, Sudan Suverenlik Şurasının sədri Əbdülfəttah əl-Burhan ilə münasibətləri müsbət qiymətləndirib.

Bununla yanaşı, o, Türkiyənin Liviya ilə münasibətlərinin sabit olduğunu və Liviyanı da tək qoymayacaqlarını vurğulayıb.

Ərdoğan Avropanın Türkiyəni Avropa İttifaqına qəbul etmək istəyində görünmədiyini, bu birliyə üzvlüyün ölkəsi üçün prioritet olmadığını və yaranmış vəziyyətdə uduzan tərəfin məhz Avropa olduğunu diqqətə çatdırıb.

Digər tərəfdən, Türkiyə Prezidenti "F-35" qırıcıları ilə bağlı Trampdan vəd aldığını və ondan bu vədə əməl etməsini gözlədiyini bildirib.

Məqalədə: #Məkkə əmiri hafiz Əbü’l-Qasım Sə’d Zəncani haqqında ‚onun əlini öpənlərin sayı #Məkkə Birgə Müdafiə Sazişi #Məkkə Sazişi #Məkkə sazişi NATO #Məkkə sazişi 2026 #Məkkə müdafiə sazişi #Rəcəb Tayyib Ərdoğandan Məkkə Sazişi ilə bağlı tarixi bəyanatlar #Üçtərəfli Məkkə Sazişi #Məkkə Müdafiə Sazişi NATO modelinə əsaslanır: Birimizə hücum hamımıza hücumdur

Mövzu üzrə digər xəbərlər

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb
Səudiyyə Ərəbistanı

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

31 Avqust 22:12
Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib
Türkiyə

Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

31 Avqust 18:26
Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?
ArabAZ analitika: Geosiyasi təhlillər

Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

31 Avqust 09:00
Suriya Məkkə müdafiə paktına qoşulur? – Xarici İşlər nazirindən İslamabadda mühüm bəyanat
Suriya

Suriya Məkkə müdafiə paktına qoşulur? – Xarici İşlər nazirindən İslamabadda mühüm bəyanat

21 Avqust 06:22

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.