9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

“WhatsApp-da əsgər axtarışı”: İsrail komandanlığı qeyri-adi addımlar atır

Məlumata görə, əsgərlər iki ilə yaxın davam edən döyüşlərdən sonra tükənib və “HƏMASı gerilla müharibəsi üslubu ilə məhv etmək mümkün deyil”. Ordunun bəzi komandirləri isə qeyri-adi üsullara əl ataraq, hətta universitet tələbələrinin WhatsApp qruplarında döyüşçü, xüsusən də snayper və sanitar axtardıqlarını elan ediblər.

2 Sentyabr 2025 15:00
“WhatsApp-da əsgər axtarışı”: İsrail komandanlığı qeyri-adi addımlar atır

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

ABŞ-ın Wall Street Journal nəşri yazır ki, İsrail ordusu Qəzza müharibəsi fonunda ehtiyat qüvvələri səfərbər etməkdə çətinlik çəkir. Nəşrin müsahibə aldığı ehtiyatda olan onlarla zabit və əsgər döyüşlərdə iştirakdan imtina etdiklərini bildirib. Onların sözlərinə görə, bu qərarın əsas səbəbləri arasında fələstinlilərə qarşı qeyri-etik davranış və müharibənin nəticəsizliyi var.

Məlumata görə, əsgərlər iki ilə yaxın davam edən döyüşlərdən sonra tükənib və “HƏMASı gerilla müharibəsi üslubu ilə məhv etmək mümkün deyil”. Ordunun bəzi komandirləri isə qeyri-adi üsullara əl ataraq, hətta universitet tələbələrinin WhatsApp qruplarında döyüşçü, xüsusən də snayper və sanitar axtardıqlarını elan ediblər.

Artan etimadsızlıq və strateji boşluqlar

İsrail mətbuatı da orduda böhranın dərinləşdiyini təsdiqləyir. Yisrael Hayomun əldə etdiyi sənəddə qeyd olunur ki, Qəzza əməliyyatının planlaşdırılmasında qalibiyyət üçün zəruri addımlar – tam mühasirə, mülki əhali ilə döyüşçülərin ayrılması və təchizat yollarının kəsilməsi – həyata keçirilməyib. Haaretz isə yazır ki, siyasi və təhlükəsizlik rəhbərliyi arasındakı etimadsızlıq artıq ordunun sıralarına da sirayət edib.

Maariv qəzetinə görə, İsrail bu gündən Qəzza şəhərinə hücum hazırlıqları çərçivəsində 60 min ehtiyat əsgəri çağırmağa başlayıb.

Psixoloji fəsadlar və intihar dalğası

Rəsmi məlumatlara əsasən, 2025-ci ilin əvvəlindən bu günə qədər xidmətdə olan 18 israilli əsgər intihar edib. 2024-cü ildə bu rəqəm 21 idi. Təkcə iyul ayında 7 hərbçinin intihar etdiyi qeyd olunur.

Ordu tərəfindən yayılan son hesabatda vurğulanır ki, intiharların əksəriyyəti Qəzza cəbhəsindəki ağır şərtlərlə bağlıdır. Üstəlik, 10 mindən çox əsgər psixoloji fəsadlardan və post-travmatik stress sindromundan (PTSD) əziyyət çəksə də, yalnız 3769 nəfərə rəsmi şəkildə diaqnoz qoyularaq müalicəyə cəlb olunub.

Məqalədə: #Qəzza #İsrail #İsrail XİN #İsrailə qarşı iqtisadi boykot #İsrail cinayətləri #İsrail hücumları #Uşaq ölümü Qəzza #BMT və İsrail #ABŞ-İsrail ortaq strategiyası #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #Donald Tramp və Qəzza planı #Wall Street Journal

Mövzu üzrə digər xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00

Son Xəbərlər

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
21:44
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
20:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.