6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

NATO-nun Ankara sammiti - Tramp ittifaq daxilində öz gündəliyini müəyyən edə biləcəkmi?

NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları iyulun 7-8-də Ankarada keçiriləcək sammitdə bir araya gələcəklər. Toplantının əsas müzakirə mövzuları müdafiə xərclərinin artırılması, alyansın hərbi sənaye potensialının gücləndirilməsi, Ukraynaya dəstəyin davam etdirilməsi və Yaxın Şərqdəki son hadisələrin regional təhlükəsizliyə təsiri olacaq.

6 İyul 2026 14:06
NATO-nun Ankara sammiti - Tramp ittifaq daxilində öz gündəliyini müəyyən edə biləcəkmi?

BAKI,VOA Analitik Təhlil Mərkəzi

NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları iyulun 7-8-də Ankarada keçiriləcək sammitdə bir araya gələcəklər. Toplantının əsas müzakirə mövzuları müdafiə xərclərinin artırılması, alyansın hərbi sənaye potensialının gücləndirilməsi, Ukraynaya dəstəyin davam etdirilməsi və Yaxın Şərqdəki son hadisələrin regional təhlükəsizliyə təsiri olacaq.

Sammit ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinə müdafiə xərclərini artırmaq üçün göstərdiyi təzyiqlərin davam etdiyi, həmçinin İran ətrafında yaşanan gərginlik fonunda keçirilir.

Ötən il keçirilmiş NATO sammitində alyans üzvləri Tramp administrasiyasının müdafiə büdcələrinin artırılması ilə bağlı tələblərini böyük ölçüdə qəbul etmişdilər. Bu il isə əsas məqsəd həmin öhdəliklərin icrasını sürətləndirməkdir.

NATO ölkələrinin əksəriyyəti qarşıdakı on il ərzində müdafiəyə ümumi daxili məhsulun 5 faizinin ayrılması hədəfini dəstəkləyib. Müşahidəçilər hesab edirlər ki, bu qərar ABŞ administrasiyasının alyans daxilində təhlükəsizlik siyasətinə təsirinin artdığını göstərir.

Sammit ABŞ rəhbərliyinin NATO-nu dəfələrlə tənqid etməsi, Avropadakı Amerika hərbi kontingentinin azaldılacağını bəyan etməsi və qitədəki hərbi mövcudluğun altı aylıq qiymətləndirilməsinə başlanılması fonunda keçirilir.

Toplantıda NATO-nun 32 üzv dövlətinin liderləri, o cümlədən ABŞ Prezidenti Donald Tramp iştirak edəcəklər.

Sammit çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski, Cənubi Koreya Prezidenti Li Ce Myon, Avropa Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin NATO liderləri ilə keçiriləcək şam yeməyinə qatılması gözlənilir.

Bundan əlavə, NATO xarici işlər nazirləri Bəhreyn, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri ilə görüşlər keçirəcəklər. Onların Ukraynanın xarici işlər naziri və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ilə də müzakirələr aparması planlaşdırılır.

NATO müdafiə nazirləri isə Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreyanın müdafiə nazirləri ilə təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Sammitin əsas gündəlik mövzularından biri Avropa ölkələrinin müdafiə xərclərinin artırılması olacaq. Liderlərin müdafiə sənayesi istehsalının genişləndirilməsi, hərbi imkanların gücləndirilməsi və təhlükəsizlik sahəsində məsuliyyətin ABŞ-dən Avropaya mərhələli şəkildə ötürülməsi istiqamətində görülən işləri qiymətləndirməsi gözlənilir.

Liderlərin həmçinin Hörmüz boğazında vəziyyəti və İran ətrafında yaranmış son geosiyasi gərginliyi də müzakirə edəcəkləri bildirilir. Müzakirələrdə enerji təchizatının təhlükəsizliyi və beynəlxalq gəmiçiliyin sərbəstliyi məsələləri xüsusi yer tutacaq.

Gözlənilir ki, sammitin yekun bəyannaməsində müttəfiqlər İranın nüvə silahına malik olmamalı olduğu mövqeyini bir daha təsdiqləyəcək və Tehranı Hörmüz boğazında gəmiçilik azadlığına tam hörmət etməyə çağıracaqlar.

Avropa ölkələri ötən il qəbul etdikləri öhdəliyə sadiq olduqlarını nümayiş etdirməyə çalışacaqlar. Həmin öhdəliyə əsasən, NATO üzvləri 2035-ci ilədək ümumi daxili məhsullarının 5 faizini müdafiə və əlaqəli təhlükəsizlik tədbirlərinə yönəltməlidirlər.

Ekspertlər bildirirlər ki, müdafiə büdcələrinin artmasına baxmayaraq, Avropanın bir çox ölkəsi təhlükəsizlik baxımından hələ də ABŞ-dən ciddi şəkildə asılı olaraq qalır. NATO-nun əsas prinsiplərindən biri isə alyans üzvlərindən birinə qarşı silahlı hücumun bütün üzvlərə qarşı hücum kimi qiymətləndirilməsidir.

Bu ilki sammitdə müdafiə sənayesi də xüsusi diqqət mərkəzində olacaq. Ankarada NATO Müdafiə Sənayesi Forumu keçiriləcək və forum çərçivəsində on milyardlarla dollar dəyərində yeni müqavilələrin elan olunacağı gözlənilir. Məqsəd silah istehsalının artırılması və müdafiə sahəsində innovasiyaların sürətləndirilməsidir.

Ukraynaya dəstək də sammitin əsas mövzularından biri olacaq. NATO rəhbərliyinin 2026-cı il üçün Kiyevə vəd etdiyi 70 milyard avroluq hərbi texnika, təlim və digər yardım paketinin davam etdirilməsi, həmçinin 2027-ci ildə də oxşar səviyyədə dəstəyin göstərilməsi məsələsi müzakirə olunacaq.

Maliyyələşmənin bir hissəsinin Avropa İttifaqının 2026–2027-ci illər üçün Ukraynanın müdafiə sahəsinə yönəlmiş 60 milyard avroluq kredit mexanizmi hesabına təmin ediləcəyi bildirilir. ABŞ-nin bu maliyyələşdirmədə iştirakının nəzərdə tutulmadığı qeyd olunur.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynanın hava hücumundan müdafiə imkanlarının təcili şəkildə gücləndirilməsinə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, bu məsələ sammitdə geniş müzakirə ediləcək və yaxın günlərdə Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin razılaşdırılması istiqamətində də iş aparılır.

Türkiyə NATO sammitinə ikinci dəfə ev sahibliyi edir. Ölkə bundan əvvəl 2004-cü ildə İstanbulda alyansın zirvə toplantısını qəbul etmişdi.

Ankara sammit zamanı müdafiə sənayesində əldə etdiyi nailiyyətləri nümayiş etdirməyi, həmçinin NATO daxilində müdafiə məhsullarının ticarətinə tətbiq edilən bütün məhdudiyyətlərin aradan qaldırılması təşəbbüsünü yenidən gündəmə gətirməyi planlaşdırır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla keçirəcəyi ikitərəfli görüşdə Ankara ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşdırılması, eləcə də Türkiyənin F-35 qırıcı təyyarələri proqramına yenidən qoşulması məsələsini qaldıracağı gözlənilir.

Məqalədə: #Rəcəb Tayyib Ərdoğan #Donald Tramp #Volodimir Zelenski #Ursula fon der Lyayen #NATO sammiti #Antonio Kosta #Ankara NATO sammiti #NATO liderləri #Li Ce Myon

Mövzu üzrə digər xəbərlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
Digər Dövlətlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır

5 Sentyabr 18:03
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.