Şənbə, 25 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Təhlil » Husilərin “mühasirə” yalanı və Yəməndəki real vəziyyət

Husilərin “mühasirə” yalanı və Yəməndəki real vəziyyət

İyul 25, 2026 6:53 səhər
Paylaş
Paylaş

Təxribatçı layihələrini həyata keçirməkdə çətinlik çəkən milislər hər zaman öz cinayətlərinə və qanunsuzluqlarına bəraət qazandırmaq üçün uydurma “məzlumluq” obrazı yaradırlar. Yəməndəki Husi milisləri də məhz bu taktikadan istifadə edərək “mühasirə” yalanını tirajlayır və Yəmən xalqını xarici layihələrə, şübhəli gündəliklərə xidmət edən təhlükəli macəralara sürükləməyə çalışırlar. Lakin baş verənləri izləyən hər kes, xüsusən də Yəmən xalqı yaxşı anlayır ki, bu dezinformasiya artıq heç kimi aldatmır. Faktlar və rəqəmlər göstərir ki, Yəmən xalqını əsl mühasirədə saxlayan, onların əzablarından siyasi şantaj və boş populizm üçün istifadə edən husilərin özüdür.

Sözdə “mühasirə” iddiaları Yəmənin Hudeydə, Salif və Ras İssa limanlarının açıq olması və gəmiləri fasiləsiz qəbul etməsi faktı qarşısında tamamilə puç olur. Təkcə bu ilin ilk yarısında həmin limanlara ərzaq, yanacaq, tikinti materialları və digər zəruri mallar daşıyan 300-dən çox ticarət gəmisi daxil olub. Yüklərin bu cür ardıcıl axını göstərir ki, Ərəb Koalisiyası və legitim Yəmən hökuməti xalqın ehtiyaclarını hər şeydən üstün tutur. Bununla yanaşı, milislərin hakimiyyətlərini uzatmaq üçün ölkəyə qanunsuz silah qaçaqmalçılığı etmək cəhdlərinin qarşısını alan BMT Təhlükəsizlik Şurasının qərarlarına da tam riayət olunur. Mühasirə iddiaları isə milislərin işğal etdikləri ərazilərdəki idarəetmə uğursuzluğunu ört-basdır etmək üçün istifadə etdikləri bəhanədən başqa bir şey deyildir.

Yəmənliləri əsl blokadada saxlayan tərəfi görmək üçün neft ixracı limanlarını hədəf alaraq ölkəni gəlirlərinin 60 faizindən məhrum edənlərə baxmaq kifayətdir.

  • İraq millisi DÇ-2026-ya hazırlaşır-İlk rəqib Andorra olacaq
  • Qətərdə torpaq və mənzil satışlarında ciddi artım qeyd edilib
  • Dubay Safari Parkı uşaqlar üçün pulsuz oldu
  • Əbu-Dabi əmlak bazarında əməliyyat həcmi 32 milyar dollara çatdı

  • Husilərin “mühasirə” yalanı və Yəməndəki real vəziyyət
  • Süni intellekt bumu və iqtisadi artım dollara tələbatı artırır-QNB
  • İranın hücumlarına qarşı altı Körfəz ölkəsi hansı adımı atır?
  • Səudiyyə yay festivalında hansı yerli ənənələr nümayiş olundu?
  • Bab əl-Məndəb boğazında ticarət gəmiləri qorunacaq
  • Livan siyasi həyatına qayıtmaq istəyən Saad Əl-Hariri kimdir

Məhz bu hücumlar səbəbindən dövlət qulluqçularının maaşları ödənilmir, elektrik stansiyaları fəaliyyətini dayandırır. Eyni zamanda, “Yemenia Airways” aviaşirkətinə məxsus təyyarələri qaçıraraq milli daşıyıcının işini iflic edən, Səna hava limanından uçuşların bərpası üçün irəli sürülən bütün regional və beynəlxalq təşəbbüsləri (o cümlədən İordaniyanın son təşəbbüsünü) rədd edib yalnız İrana məxsus “Mahan Air”in qayıtmasında israr edənlər də husilərdir. Bu əməllər böhranı yaradan və dərinləşdirən tərəfin kimliyini sübut edir. Digər tərəfdən isə Səudiyyə Ərəbistanı Yəmən hökumətinin büdcəsinə dəstək verməyə və mülki əhalinin yükünü yüngülləşdirmək üçün yanacaq məhsulları təmin etməyə davam edir.

İran və Yəmən… Odla oynamağın ağır nəticələri ilə qarşılaşır

Bugün Husi milisləri Qırmızı dəniz və Bab əl-Məndəb boğazında ticarət gəmilərini hədəf almaqla beynəlxalq su yollarına təhdid yaradır və bu yolla daxili böhranlarından qaçmağa, yeni təzyiq rıçaqı əldə etməyə çalışırlar. Lakin Koalisiya Qüvvələrinin Birgə Komandanlığının qətiyyətli mövqeyi mənzərəni dəqiq şəkildə ortaya qoyur: naviqasiya təhlükəsizliyinə qarşı hər hansı qəsdə dözüm göstərilməyəcək və bu təhdidlər beynəlxalq hüquqa zidd olan düşmənçilik hərəkətləri kimi qiymətləndiriləcəkdir. Cavab tədbirləri sadəcə məhdud reaksiya ilə bitməyəcək, terror əməllərinin kökünü kəsəcək dərəcədə qətiyyətli olacaqdır.

 Husilərin yay düşərgələri-Yəməndə məhv edilən uşaqlar

Növbəti mərhələdə bu qruplaşmaya qarşı tamamilə fərqli yanaşma sərgilənəcək. Bütün sülh səylərini dəstəkləyən, təmkinlilik nümayiş etdirən Koalisiya anlayır ki, Sülh Yol Xəritəsini rədd edərək İranın maraqları naminə regional münaqişələrə qoşulan bir qrupla güzəşt dili ilə danışmaq faydasızdır. Husilər tərəfindən Səudiyyə Ərəbistanının təhlükəsizliyinə və ya maraqlarına qarşı atılacaq hər bir təcavüzkar addım ənənəvi cavabla deyil, qırmızı xətləri keçməyin bədəli olan ən ağır cəza ilə nəticələnəcəkdir.

Digər təhlillər

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Redaktorun seçimiTəhlilTürkiyə

Ankara Dəməşq hava limanında raket batareyaları qurur

Müəllif:
ArabAZ News
Təhlil

Körfəz hökumətləri texnologiyanı necə kritik infrastruktura çevirdi?

Müəllif:
ArabAZ News
Redaktorun seçimiTəhlilYəmən

Yəməndə İrana qarşı qisas əməliyyatı başladı – husilər vurulur

Müəllif:
ArabAZ News
İraqRedaktorun seçimiTəhlil

İraqda antikorrupsiya sövdələşməsinin pərdəarxası

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.