7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Osimhen Napolini tənqid etdi

Nigeriyalı hücumçu Viktor Osimhen keçmiş klubu Napoli ilə münasibətlərinin pozulmasına səbəb olan qalmaqallı hadisələr barədə danışıb və rəhbərliyin ona qarşı davranışını sərt şəkildə tənqid edib. Osimhen İtaliya mətbuatına müsahibəsində 2023-cü ilin sentyabrında Napolinin sosial şəbəkə hesabında yayımlanan və onun qaçırdığı penalti epizodunu ələ salan videodan sonra münasibətlərin tamamilə dəyişdiyini bildirib.

17 Fevral 2026 16:19
Osimhen Napolini tənqid etdi

BAKI,AzerVoice, Fərid Mikayılov

Nigeriyalı hücumçu Viktor Osimhen keçmiş klubu Napoli ilə münasibətlərinin pozulmasına səbəb olan qalmaqallı hadisələr barədə danışıb və rəhbərliyin ona qarşı davranışını sərt şəkildə tənqid edib.

AzerVoice xəbər verir ki, Osimhen İtaliya mətbuatına müsahibəsində 2023-cü ilin sentyabrında Napolinin sosial şəbəkə hesabında yayımlanan və onun qaçırdığı penalti epizodunu ələ salan videodan sonra münasibətlərin tamamilə dəyişdiyini bildirib.

Futbolçu qeyd edib ki, həmin paylaşım onun üçün dönüş nöqtəsi olub. “Hər kəs penalti qaçıra bilər. Amma klub bunu yalnız mənə qarşı etdi və müəyyən eyhamlar var idi. Mən irqçi təhqirlərin qurbanı oldum və ayrılmaq qərarına gəldim” - deyə o vurğulayıb.

2024-cü ilin yayında Napoliyə baş məşqçi təyin olunan Antonio Konte Osimhenin komandada qalmasını istəsə də, hücumçu artıq qərarını verdiyini deyib. Onun sözlərinə görə, işlədiyi mühitdə özünü xoşbəxt hiss etmədiyi üçün ayrılıq qaçılmaz olub.

Hazırda Qalatasarayın formasını geyinən Osimhen Türkiyədə özünü xoşbəxt hiss etdiyini bildirib. O, İstanbul klubunda keçirdiyi müddətdə 63 oyunda 52 qol vuraraq yüksək məhsuldarlıq nümayiş etdirib.

Qeyd edək ki, Osimhen 2022–2023 mövsümündə Napoli ilə İtaliya A Seriyasının çempionu olmuş və mövsümün ən məhsuldar oyunçusu kimi yadda qalmışdı. Lakin sosial media qalmaqalı və klub rəhbərliyi ilə yaranan gərginlik onun İtaliya macərasının erkən başa çatmasına səbəb olub.

Məqalədə: #Türkiyə #İtaliya #Nigeriya #Qalatasaray #Viktor Osimhen #Napoli #İtaliya Birinci Futbol Liqası (A Seriyası) #Antonio Konte

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.