5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Gürcüstan və Azərbaycanla dəmir yolunda sərnişindaşımanın başlanacağına ümid edirik

7 Avqust 2024 10:00
Gürcüstan və Azərbaycanla dəmir yolunda sərnişindaşımanın başlanacağına ümid edirik

Bakı, AzerVoice

"Ankara ümid edir ki, Azərbaycan və Gürcüstan Türkiyə ilə dəmir yolunda sərnişindaşımanın təşkili məsələsində Bolqarıstandan nümunə götürəcək.

AzerVoice-un məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu Cənub-Şərqi Anadolunun Tatvan bölgəsinə Ankaradan turist qatarının göndərilməsi mərasimində bildirib.

Nazir xatırladıb ki, bu gün İstanbul və Sofiya arasında qatarlar uğurla hərəkət edir. “Ümid edirik ki, yaxın vaxtlarda Azərbaycan və Gürcüstandan da oxşar təkliflər gələcək və Qarsa sərnişindaşıma layihəsini həyata keçirəcəyik,” - deyə Ə. Uraloğlu qeyd edib.

Uraloğlu diqqəti əsas halqası Bakı – Tbilisi - Qars dəmir yolu olan Orta Dəhlizin əhəmiyyətinə yönəldib. “Bu dəhliz sayəsində Çindən gedən qatar artıq Londona çata bilir. Bu təşəbbüs Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi konsepsiyanın bir hissəsidir,” - deyə türkiyəli nazir vurğulayıb.

O qeyd edib ki, 22 il ərzində Türkiyənin dəmir yolu sisteminin modernləşdirilməsinə və inkişafına 57 milyard dollar xərclənib. “Əgər 2002-ci ildə ölkəmizin dəmir yollarının uzunluğu 10,948 kilometr təşkil edirdisə, 2023-cü ilin sonuna olan məlumata görə, bu rəqəm 3 min kilometr artıb ki, bunun da 2,251 kilometri yüksək sürətli qatarlar üçündür,” - deyə nazir bildirib.

Onun sözlərinə görə, 2053-cü ilə qədər Türkiyədə dəmir yollarının ümumi uzunluğu 29 min kilometrə çatacaq. “Biz 20 və 50 il üçün planlar tərtib edirik,” - deyə nazir əlavə edib.

Uraloğlu həmçinin bildirib ki, Ankara və İzmir arasında sürətli qatar layihəsinin 2026-cı ilə qədər başa çatdırılması planlaşdırılır ki, bu da sərnişin qatarlarının saatda 350 km sürətlə hərəkət etməsinə imkan verəcək."

Gürcüstan və Azərbaycanla dəmir yolunda sərnişindaşımanın başlanacağına ümid edirik
Məqalədə: #Türkiyə #Azərbaycan #Abdulkadir Uraloğlu #Gürcüstan

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.